Yuxarı

Bank işçisi yol qəzasında öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecə saat 1 radələrində Salyan rayonunun Kürqaraqaşlı kəndi ərazisində, Salyan Mərkəzi Rayon Xəstəxanasının qarşısında ağır yol nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org saytının məlumatına görə, Salyan şəhər sakini , 1993-cü ildə anadan olmuş Sadıqlı Elvin Namiq oğluna məxsus 90 RA 093 dövlət nömrə nişanlı VAZ-PRİORA markalı avtomaşın yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı dönərxana kimi istifadə olunan tikiliyə çırpılıb. Hadisə nəticəsində avtomobilin sükanı arxasında olan və dostunun maşınını idarə edən 1990-cı il təvəllüdlü Salyan rayonu, Kürqaraqaşlı kənd sakini, “AccessBank”ın Salyan filialının əməkdaşı Qasımov Elvin Xalıq oğlu aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onun sükan arxasında sıxılıb qalmış cəsədi FHN əməkdaşları tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Avtomobilin sahibi Elvin Sadıqlı isə qapalı kəllə-beyin travması ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Tarix
2017.01.30 / 13:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla