Yuxarı

DTX silah qaçaqmalçılarını məhv etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qabaqcadan əlbir olan şəxslər tərəfindən xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı maddələrin ölkəyə gətirilməsi, saxlanması və daşınması barədə daxil olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan araşdırmalarla təsdiqlənib və təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edib.

DTX-nın İctimai əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, bu cinayət əməllərində şübhəli olan Hüseynov Azər Məmməd oğlu və İslamov Əli Sabir oğlunun saxlanılması üçün 2017-ci il martın 10-da xüsusi əməliyyat keçirilib.

Əməliyyat zamanı Azər Hüseynov və Əli İslamov yaşayış sahəsində silah tətbiq edərək müqavimət göstərib, qanunla müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv ediliblər.

Azər Hüseynovun və Əli İslamovun qanunsuz saxladıqları 1 ədəd “AKSU-74” tipli avtomat, 2 ədəd “Makarov” tipli və 1 ədəd kustar üsulla hazırlanmış tapançalar, 400 və 75 qramlıq partlayıcı maddələr və xeyli sayda müxtəlif çaplı patronlar götürülüb.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tarix
2017.03.10 / 21:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla