Yuxarı

"3 min azərbaycanlı gürcücə öyrəndikdən sonra..."

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Gürcüstan münasibətləri yüksək səviyyədə inkişaf edir. Bizim vaxtaşırı Gürcüstan parlamentinin üzvləri ilə görüşlərimiz olur, bu görüşlərin sayını artırmaq və həmkarlarımızın hər iki ölkəyə qarşılıqlı səfərlərini həyata keçirməyə çalışacağıq.

APA-nın məlumatına görə, bu sözləri Gürcüstanda səfərdə olan Azərbaycanın Milli Məclisinin üzvü, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov Gürcüstana səfəri çərçivəsində Kvemo Kartli bölgə qubernatoru Paata Xizanişvili ilə görüşüb, soydaşlarımızın vəziyyəti ilə maraqlanıb. Qubernator P. Xizanişvili Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Əflatun Amaşova bölgədə həyata keçirilən islahatlar haqqında, soydaşlarımızın son illər Gürcüstan cəmiyyətinə inteqrasiyasından, həmçinin dost və qardaş, mehriban ölkələr olan Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafından söhbət açıb. P. Xizanişvili martın 21-də keçirilən Novruz bayramı tədbirində Gürcüstan prezidentinin və baş nazirin azərbaycanlıların kompakt yaşadığı Marneuliyə səfər etdiklərini, bölgədə və ölkədə yaşayan azərbaycanlıları bayram münasibətilə təbrik etdiklərini bildirib.

Milli Məclisin üzvü Ə. Amaşov, öz növbəsində, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun həyata keçirdiyi tədbirlərdən danışıb. O, Marneulidə Novruz bayramı tədbirində Mərkəzi Kitabxananın açılışını alqışlayıb. Ə. Amaşov bu səfərində həmin kitabxanaya hədiyyə üçün mindən artıq müxtəlif mövzularda kitablar gətirdiyini bildirib. O, yaxın günlərdə Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Zviad Dzidziquri ilə görüşəcəyini və deputat həmkarlarını Azərbaycana işgüzar səfərə dəvət edəcəyini, həmçinin onların ölkənin müxtəlif şəhərlərinə, eyni zamanda sərhədyanı bölgələrə səfərlərinin təşkil olunacağını bildirib.

Ə. Amaşov bölgədə yaşayan azərbaycanlı gənclərin Gürcüstanın müxtəlif ali təhsil ocaqlarında təhsil almasını və dövlət dilini öyrənmələrinə də münasibət bildirib: “Çox fərəhi haldır ki, 3 minədək azərbaycanlı tələbə universitetlərdə müxtəlif ixtisaslar üzrə təhsil alır. Bu, məni sevindirir. Vaxt gələcək, gürcü dilini mükəmməl öyrəndikdən sonra onlar hazır və savadlı kadr kimi Gürcüstanın dövlət və hökumət strukturlarında işlə təmin olunacaq və ölkələrinin dövlətçiliyinin qurulmasına çalışacaqlar”.

Tarix
2017.03.25 / 18:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla