Yuxarı

İTV-nin departament rəhbəri efirdən uzaqlaşdırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəmiyyətə daha çox "Prezident seçkiləri-2013" teledebatların moderatoru kimi tanış olan Füzuli İsmayılov efirdən uzaqlaşdırılıb.


"AzNews.az"ın məlumatına görə, onun aparıcısı olduğu "Yekun" analitik informasiya proqramını İTV direktorunun informasiya və ictimai-siyasi verilişlər üzrə müavini Şaiq Məmmədov aparır.

Füzuli İsmayılovun efirdən uzaqlaşdırılmasının səbəblərinə gəlincə, bunun seçki depatlarında baş verən nöqsanlarla bağlı olduğu bildirilir.

Məsələ ilə bağlı İTV-dəki mənbələrimizdən bəzi dəqiqləşdirmələr apardıqda isə başqa məqamlar ortaya çıxdı. Şirkətdən bildirdilər ki, Füzuli İsmayılovun "vurulması" başqa məsələlərlə bağlıdır. Belə ki, İctimai Televiziyanın Analitik Proqramlar Departamentində neqativ hadisə baş verib.

Televiziya rəhbərliyi isə bu məsələdə qurumun direktoru Füzuli İsmayılovu günahlandırıb. Bundan sonra isə F. İsmayılov departament rəhbərliyindən və aparıcısı olduğu verilişlərin birbaşa idarəçiliyindən uzaqlaşdırılması məqsədilə məzuniyyətə göndərilib.

İTV-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tahir Məmmədov F.İsmayılovun məzuniyyətdə olduğunu deyib, lakin onun işdən çıxarılması xəbərini təsdiq etməyib.

Füzuli İsmayılov isə "AzNews.az"a açıqlamasında xəbərin həqiqətə uyğun olmadığını deyib. O qeyd edib ki, hazırda məzuniyyətdə olsa da, bu işdən çıxarılması anlamına gəlməməlidir: "Prezident seçkiləri dövründə işlədiyimdən məzuniyyətə çıxa bilməmişəm. İndi isə illik məzuniyyətə çıxmışam".

Qeyd edək ki, Füzuli İsmayılov 2005-ci ildən İctimai Televiziyada işləyir. Bir müddət Gənclər və İdman verilişləri departamentinə rəhbərlik edib, Musiqi, bədii və əyləncəli verilişlər departamentinin direktoru, İnformasiya və analitik proqramlar departamentinin Baş redaktoru, Kino və dublyaj departamentinin direktoru vəzifələrində çalışıb.

Həftəlik "Yekun" analitik informasiya proqramı ilə efirə çıxıb və "Gecənin aydınlığı", "Aləm Ailəm" verilişlərinin müəllifi və aparıcısı, Prezident seçkiləri-2013 teledebatlarının moderatoru olub.

Tarix
2013.11.13 / 13:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla