Yuxarı

Şəmkirdə atışma: 2 nəfər güllələndi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirdə gənclərin mübahisəsi iki nəfərin güllə yarası alması ilə nəticələnib.

Azevronyus.com-un məlumatına görə, yaralılardan birinin vəziyyəti ağır, digərinin səhhəti isə nisbətən yüngül kimi dəyərləndirilir.

Silahlı insident Şəmkir rayonunun Dəllər-Cəyir kəndində baş verib. Dəllər Daşbulaq kənd sakini 31 yaşlı Vahid Əsgərov Şəmkir sakini həmyaşıdı Cavid Şirinova odlu silahdan atəş açıb. Güllə yarası alan sonuncu ətrafdakıların köməkliyi ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra yaralı Gəncə şəhərindəki özəl xəstəxanalardan birinə aparılıb.

Hadisə tərəflər arasındakı mübahisədən yaranıb. Əvvəlcə əlbəyaxa olan gənclərin hirsi bir qədər sakitləşsə də, sonradan mübahisə Vahid Əsgərova məxsus “Niva” markalı avtomobildə yenidən qızışıb. Bu zaman Vahid avtomobilində saxladığı odlu silahla Cavidi yaralayıb.

Hadisə zamanı yaxınlıqdakı 33 yaşlı Zirəddin Qarayev də xəsarət alıb. Həmin şəxs də yaxınları tərəfindən Gəncədəki özəl klinikalardan birinə yerləşdirilib. Hələlik odlu silahdan istifadə edən Vahid Əsgərov saxlanılmayıb. Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları bu istiqamətdə əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Tarix
2017.03.30 / 17:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla