Yuxarı

“Kapital Bank” İslam Oyunlarının rəsmi tərəfdaşı oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kapital Bank” Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olub.

Bankdan Axar.az-a verilən məlumata görə, bununla bağlı 24 aprel tarixində “Kapital Bank” və Bakı 2017 Oyunları Əməliyyat Komitəsi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

İmzalanma mərasimində "Kapital Bank"ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev və Bakı 2017-nin Əməliyyatlar Komitəsinin Korporativ direktoru Elçin Səfərov iştirak edib.

“Son illər ərzində Azərbaycanda bir sıra beynəlxalq səviyyəli tədbirlər, mötəbər idman yarışları keçirilir. Bu il Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunları da belə tədbirlər sırasındadır. “Kapital Bank” olaraq belə tədbirə dəstək göstərməkdən qürur duyuruq. Əminliklə söyləmək olar ki, I Avropa Oyunları kimi İslam Həmrəyliyi Oyunları da yüksək səviyyədə keçiriləcək, qonaqların və iştirakçıların yaddaşında xoş xatirə olaraq qalacaq”,- Rövşən Allahverdiyev bildirib.

Qeyd edək ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunları 12-22 may 2017-ci il tarixlərində Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 91 filialı və 5 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2017.04.25 / 11:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla