Yuxarı

İranlı nazir Urmiya gölü haqda: Yağış yağsa…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Urmiya gölünün bərpası məqsədi ilə aparılan işlərin nəticəsi 7 ildən sonra öz bəhrəsini verəcək və göl tam şəkildə bərpa olunacaq.

Axar.az xəbər verir ki, bunu İranın energetika nazirinin su və kanalizasia üzrə müavini Rəhim Meydani jurnalistlərə açıqlamasında deyib.

Meydaninin sözlərinə görə, Urmiya gölü İranın 6 daxili su hövzəsi arasında ən böyük göl sayılır və hazırda öz tarixinin ən ağır dövrünü yaşayır.

Meydani gölün builki durumunun ötən ilə nisbətən daha pis olduğunu və son zamanlarda yağan yağışların da gölün vəziyyətinə müsbət təsir etmədiyini bildirib. Nazir müavini bu ay yağıntıların çox olacağına və bunun gölün vəziyyətinə müsbət təsir edəcəyinə ümid etdiyini deyib:

“Gölün bərpası məqsədi ilə yaradılan işci qrupu 10 illik proqram hazırlayıb. Bu proqramın 3 ili həyata keçirilib və 7 il sonra nəticə əldə olunacaq”.

Tarix
2017.04.26 / 15:18
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Əliyevin Berbokla görüşü keçirilir

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla