Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Dekabr 2017


Zahid Oruc Ərdoğan-Bərzani görüşündən yazdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputat Zahid Oruc Türkiyənin Baş naziri Rəcəb Tayib Ərdoğanın Diyarbəkirdə İraqın Kürd Muxtariyyətinin lideri Məsud Bərzani ilə görüşündən yazıb. Onun "feysbuk" sosial şəbəkəsində yazdığı yazı "İki fərqli göz yaşları" adlanır:

"Diyarbəkirdə yeni bir tarix yazılır. 37 ilin savaşına və tökülən qanlarına Ərdoğan-Bərzani görüşü ilə son qoyulacağına ümidlər çox böyükdür. Uzun müddətdir düzənlənən barış sürəcinin növbəti şərtlərinin yerinə yetirilməsinə başlanılıb. Türk informasiya qurumlarının ortaya qoyduğu coşqu iki millətinin arasında gedən açıq-gizli müharibənın nəhayət ki, başa çatacağına inamı ifadə edir. Hər nə qədər PKK deyilsə də, milyonlarla kürd insanı ilə yaşanan gərginliklər bir ölkənin iqtisadi və siyasi gücünü zəiflətməyin ən təsirli silahına çevrilmişdi. 40 mindən artıq şəhidin və 300 milyard dollarlıq maliyyə itkisinin fonunda daxildə separatizm və post-Səddam dövrünün qorxuları, hər gün küçə və meydanları bürüyən toqquşma səhnələri bir dövlətin gerçək başağrıları idi.

Türk-kürd qardaşlığı siyasi liderlərin bəyanatları ilə tam təmin olunmuş sayıla bilərmi? Ərdoğanın nitqində xatırlanan isim - Bərzaninin atası Milla Mustafanın 81 il öncə Türkiyəyə təşrif buyurarkən hüzurla qarşılanmasını təsadüfi vurğulamadığı hər kəsə bəllidir. Atatürk ideallarına xəyanatda suçlanan və sultanlıq qurmaqda qınanan bir lider əslində Türk Cümhuriyyətinin qurucularının siyasi xətttinə və kürdlərlə dostluq ənənələrinə sadiq olduğunu göstərməyə çalışır. Bu, əlbəttə, çox mühümdür. Çünki sayın Başbakan yəhudi-fələstin sülhünü yaxınlaşdırmağa çalışan İshaq Rabinin aqibətini unutmuş deyil. Hər iki xalqın birgə düşmənləri hazırki səhnələri sadəcə ekranlardan izləmirlər. ABŞ-ın xeyir-duası nə qədər güclü olsa da, uzun zaman siyasi mənfəətlərini məlum münaqişədən qazanan dairələr prosesi gül-çiçəklə seyr etməyəcəklər. Dağlardan enən və boşalan həbsxanalardan gün işığına çıxan terrorçuların yeni hərakatını yaratmaq üçün ssenarilər cızanlar türk istikbaratına çıxdan bəllidir. Məhz ona görə də dünənki silah səsləri Bərzaninin tarixi səfərini qana batırmaq istəyən güclərin işidir. Ərdoğan ona görə xalqdan yardım istəyir. Bilir ki, millətin sahib durmadığı kurs məğlubiyyətə məhkumdur.

Hər halda, Türkiyə tarixinin mühüm bir mərhələsinə qədəm qoyub. Diyarbəkirdəki görüş Kemp-Devid razılaşması olmasa da, Bərzanı öz millətini Türkiyəyə güvənməyə və 2-ci sort xalq olmaq duyğusundan çıxaraq 1923-cü ilin ruhuyla bu dövlətin qurucluğunda iştirak etməyə səsləyir. Bu Ərdoğanın siyasi lider gücü və strateji planının təntənəsidir. Şimali Kürdüstanın xəritəsinə xəyalən qatılan bu torpaqlarda böyüyən hər bir gənci silaha deyil, Türk bayrağa sarılmağa səsləyən Bərzani 400 cütlüyün nikah törəninə elə-belə qatılmayıb. Türk dövlətinin yönəticiləri hər kəsə anlatmağa çalışır ki, yol bir, tale birdir. Təməli qoyulan yeni ailələrin və qan bağlarının əbədi sülhə vəsilə olacağına inam böyükdür. Ona görə, Əminə Ərdoğanın və minlərlə türk anasının göz yaşlarına həyatını bu savaşlarda itirmiş şəhidlərin ruhunun anılması əlaməti kimi baxmaqla bərabər, həm də gələcək ölümlərdən xilasın müjdəsi ki, yanaşmaq gərəkdir. Azərbaycan türkün qüdrətini və hüzurunu hər zaman ayaqda alqışlayır!

Liderlərin dilindən səslənən "ortaq tariximizə və məhəbbətimizə sərhəd qoya bilməzlər" mesajının indi möhkəmlənməsinə daha çox ehtiyac duyulur. Çünki yaraları hələ sağalmamış insanları düşmənçiliyin aləti etməyə səsləyən qüvvələr də böyükdür. Ünlü musiqiçi Əhməd Qayanın çəkdiyi sevgi divalarını yenidən hörmək lazım.. Böyük türk dünyasının 21-ci əsri bu andan başlanıb. Uğurlar və qələbələr nəsibi olsun!"

Tarix
2013.11.16 / 22:56
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Bu marşrutların hərəkət xətti dəyişdi

Müdafiə nazirinin müavini: Həsənquliyevə zəng etdim...

Pensiyalar nə qədər artır? - Rəsmi

Millət vəkili fələstinli nazirlə görüşdə tənqidlər səsləndirdi

Zakir Həsənovdan mühüm tapşırıq: generallar toplandı

"Ordunu qeyri-peşəkara verdik, nəticəsini gördük"

Zvezda TV-də azərbaycanlı ilə erməni əlbəyaxa oldu - Video

Sabahın hava proqnozu açıqlandı

Bəzi məktəblərə muxtariyyət verilir - Təhsil Nazirliyi

İşdən çıxan başçının birinci müavini istefa verdi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla