Yuxarı

49 azərbaycanlının ölümündə onlar günahkardır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran parlamenti Abadlaşdırma Komissiyası Azərbaycanda baş verən sel fəlakəti ilə bağlı günahkarları müəyyən edib.

Axar.az xəbər verir ki, bu barədə informasiya komissiyanın hesabatında yer alıb. Hesabata əsasən, selin fəsadlar törətməsinin və faiəyə gətirib çıxarmasının səbəbkarları Energetika, Yol və Şəhərsalma, Kənd Təsərrüfatı və Daxili İşlər nazirlikləridir.

Hesabatda həmçinin sel fəlakətinin Azərbaycana vurduğu ziyan da müəyyən edilib. Şərqi Azərbaycan vilayətinə 4.393 və Qərbi Azərbaycan vilayətinə 4.180 milyard rial maddi ziyan dəyib.

Qeyd edək ki, aprelin 14-də Azərbaycanın bir neçə şəhərini sel basıb. Daşqınlar ən ağır formada özünü Azərşəhr, Əcəbşir, Marağada göstərib. Nəticədə 49 nəfər azərbaycanlı həyatını itirib.

Azərbaycanlılar selin insan tələfatına gətirib çıxarmasının səbəbi kimi müvafiq qurumların vaxtında tədbir görməməsini, həmçinin daşqın olan yol və körpüyə girişin anında bağlanmadığını əsas gətiriblər.

Tarix
2017.05.24 / 15:21
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla