Yuxarı

“Nar”dan məktəb çempionatına dəstək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nar” "İslam Həmrəyliyi İli"nə həsr olunmuş intellektual oyun üzrə 2017-ci ilin regional məktəb çempionatına dəstək olub.

Şirkətdən Axar.az-a verilən məlumata görə, Təhsil Nazirliyinin təşkilatçılığı ilə mayın 27-də ölkənin müxtəlif bölgələrində eyni vaxtda təşkil edilən bilik yarışı 1500-dən çox bölgə məktəblilərinin iştirakı ilə keçirilib. İntellektual oyun üzrə regional məktəb çempionatının qalibləri 2017-ci ildə məktəblilər arasında Azərbaycan “Brain Ring” çempionatında iştirak etmək hüququ qazanıblar.

Özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində hər zaman təhsil və maariflənməyə xüsusi diqqət ayıran “Nar” "İslam Həmrəyliyi İli"nə həsr olunmuş intellektual oyun üzrə 2017-ci ilin regional məktəb çempionatına da dəstək olmağa qərar verib. Belə ki, Bakı, Gəncə, Şirvan, Sumqayıt, Mingəçevir, Şəmkir, Masallı, Quba, İmişli, Göyçay və Zaqatala şəhərlərində eyni vaxtda keçirilən intellektual oyunun qalibləri olmuş məktəbliləri dəyərli hədiyyələrlə mükafatlandıran mobil operator, habelə bu bilik yarışının keçirildiyi 11 bölgənin hər birində xüsusi “Nar” köşələri təşkil edib. Yarış bölgələrin sosial-ictimai həyatında önəmli rol oynamaqla yerli məktəblilərin böyük marağına səbəb olub.

“Nar” KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən almaq olar.

Tarix
2017.05.30 / 16:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla