Yuxarı

Kürdəmirdə rüşvətxor bələdiyyə sədri həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmirdə bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Kürdəmir rayon sakininin rayonun Qarasaqqal kənd bələdiyyəsinin sədri Yengibar Əhmədovun üzərində evi olduğu torpaq sahəsinin həyat yoldaşının adına rəsmiləşdirilməsi məqsədi ilə ondan pul tələb etməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş müraciəti araşdırılıb.

Araşdırmalar zamanı idarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Y.Əhmədov yaşadığı evdə 500 manat məbləğində pulu kənd sakinindən alarkən saxlanılıb.

Evə keçirilmiş baxış zamanı həmin vəsait maddi sübut kimi hal şahidlərinin iştirakı ilə aşkar edilərək götürülüb.

Y.Əhmədovun xidməti vəzifəsinin icrası ilə əlaqədar rüşvət almasında əsaslı şübhələr yarandığından fakta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və həmin maddə ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Tarix
2013.11.18 / 15:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla