Yuxarı

Əcnəbi tələbələrə Bakıda nə mane olur?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əcnəbi tələbələr Azərbaycanda universitetlərə daxil olduqdan sonra ciddi problemlə qarşılaşırlar: bir çox ali təhsil müəssisələrinin yataqxanasının olmaması tələbələrin Bakıda oxumaq imkanlarını məhdudlaşdırır.

Belə bir problemi tanınmış özbək tədqiqatçı Şuxrat Salamov (Barlas) Axar.az-a açıqlamasında da qaldırıb. O qeyd edib ki, Özbəkistan vətəndaşları olan qızlar Azərbaycan universitetlərinə daxil olsa da, burda yaşamaq üçün yataqxana tapa bilmədiklərinə görə çətinlik çəkirlər və bu barədə ona müraciət ediblər. Belə ki, Qərb Universiteti və Milli Konservatoriyaya daxil olan xanım tələbələr tanımadıqları şəhərdə kirayə evdə yaşamaqdan çəkindiklərinə görə yataqxanada qalmaq istəyirlər, lakin qazandıqları universitetlər onların bu arzularını yerinə yetirmək imkanında deyil.

Nəyə görə tələbə həyatının ayrılmaz hissəsi olan, təhsilin davamı adlandırılan yataqxanalar tələbələr üçün əlçatmaz bir arzuya çevrilib? Əcnəbi tələbələrin özləri ilə birgə gətirəcəyi yeni ab-hava, multikulturalizmə töhfə verəcək özünəməxsusluqlar, illik ödəniş və gündəlik xərclərdən yataqxana probleminə görə universitetlər niyə məhrum olmalıdır?

Təhsil Nazirliyi sözügedən problemin universitetlərin daxili məsələsi olduğunu bəyan etdi:

“Tələbələrin yataqxana ilə təmin edilməsi problemi ali məktəblərin öz məsələsidir, Təhsil Nazirliyi bununla məşğul olmur”.

Təhsil eksperti Məlahət Mürşüdlü saytımıza açıqlamasında universitetlərin yataqxana problemini aradan qaldırmaqda ciddi addımlar atmalı olduqlarını düşünür:

“Bir çox universitetlərimizdə bu problem yaşanmaqdadır. 1990-cı illərdə böyük köçkün dəstəsi və qaçqınların gəlməsi universitetlərin nəzdində olan yataqxanaların dolması ilə nəticələndi. Hazırda bu yataqxanaların boşalma mərhələsi start götürüb. Lakin 30-40 il əvvəlki dövrə uyğun qurulan yataqxanaların boşalması da hazırda genişlənən və böyüyən ali məktəblərin tələbatını ödəmək imkanında deyil. Nəinki xaricdən gələn tələbələrin yerləşdirilməsində problem yaşanır, o cümlədən, yerli tələbələrin də yataqxana ehtiyacları ödənilmir”.

Təhsil eksperti Azərbaycanda əcnəbi tələbələrin azlığının bir səbəbi kimi məhz yataqxana probleminin olmasını göstərib:

“Düşünürəm ki, bu məsələnin həllində ali məktəblərin özləri fəallaşmalı, ən azından ilkin olaraq xaricdən gələn tələbələr üçün bu şəraiti təmin etməlidirlər”.

Qərb Universitetinin KİV-lə əlaqələr meneceri Vüsal Məmmədov məsələ ilə bağlı bildirdi ki, bu yöndə tələbələrə maksimum dəstək verməyə çalışırlar:

“Universitetimizin beynəlxalq əlaqələr şöbəsi bu məsələyə olduqca həssas yanaşır. Bəzən tələbələr aşağı qiymətlə yerlər tapmaqda çətinlik çəkirlər, əməkdaşlarımız bu problemin həllində yardımçı olurlar.

Digər bir tərəfdən qeyd etməliyəm ki, Qərb Universiteti hazırda infrastrukturunun möhkəmləndirilməsi üçün işlər aparır, həyata keçirilən tədbirlərdən biri də universitetin kampusunun tikintisidir”.

Tarix
2017.06.30 / 08:45
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla