Yuxarı

Prezident məscidi burada tikdirəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi-79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi və yeni ünvanda tikilməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.

Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamov APA-ya bildirib ki, ötən gecə sökülən məscid tezliklə yeni ünvanda və inşaat baxımından ən müasir standartlara cavab verən formada tikiləcək.

S. İslamov məscidin tikiləcəyi yeni ünvanı da açıqlayıb. O qeyd edib ki, bu, "Azərbaycan" Nəşriyyatının yanında, Abbas Mirzə Şərifzadə küçəsi-1 ünvanında ayrılan ərazidir: “Nəşriyyatın yanında böyük bir sahə ayrılıb. Orada artıq bünövrə də qoyulmağa başlanıb. İşlərə yüksək səviyyədə start verilib. Məscid bütün ənənələr nəzərə alınmaqla, ən müasir qaydada tikiləcək və tezliklə istifadəyə veriləcək”.

Qeyd edək ki, ərazidəki abadlıq və yenidənqurma işləri ilə əlaqədar Hacı Cavad məscidinin sökülməsi barədə qərar orada ibadət edən bəzi şəxslərin narazılığına səbəb olub. Prezident İlham Əliyev söküntü işlərinin dayandırılması, məsələnin araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib. Komissiya hazırkı məscidin yararsız olduğunu nəzərə alaraq rayon ərazisində yeni yerin ayrılması və möminlər üçün daha geniş məscidin tikilməsi barədə qərar qəbul edib.

QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə yeni məscidin Prezidentin şəxsi vəsaiti hesabına tikiləcəyini açıqlamışdı.

Tarix
2017.07.01 / 10:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla