Yuxarı

Büdcədən asılı olan universitetlər… - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici universitetlərin Azərbaycanda filiallarının açılması təhsilin inkişafına böyük təkan verəcək.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov söyləyib. Ekspertin fikrincə, Azərbaycanın ali məktəblərindəki təhsil dünya standartlarından bir qədər aşağıdır:

“Azərbaycanın bəzi ali təhsil müəssisələri regional statistik göstəricilərdə yer alır. Bunlar Bakı Dövlət Universiteti və Xəzər Universitetidir. Ancaq Azərbaycanda fəaliyyət göstərən 54 ali təhsil müəsisəsindən heç biri dünyanın reytinq siyahısındakı ilk 2000-likdə yer tutmur. 16 illik müstəqillik dönəmində 54 ali təhsil müəssisəsinin dünyanın ən yaxşıları sırasında yer almaması onu göstərir ki, ali məktəblərin pedaqoji kollektivi, tədris planının səviyyəsi daha da yüksəldilməlidir. Sinqapurla müqayisə etsək, görərik ki, 1 şəhərdən ibarət olan ölkənin 4 ali təhsil müəsisəsi var və onlar dünya reytinq cədvəlində ilk sıralardadırlar. Sinqapur bu göstəriciyə son 15 il ərzində nail olub”.

K.Əsədovun sözlərinə görə, hazırda təhsildə problemlər var:

“Sovet dönəmində Azərbaycanda 17 ali təhsil müəsisəsi fəalliyyət göstərirdi ki, onlar öz fəaliyyətlərində əmək bazarının tələblərinə uyğun kadr hazırlayırdılar. Müstəqillik əldə etdikdən sonra isə universitetlərimizin sayı artdı. Lakin bu artım təhsilin səviyyəsinin yüksəlməsinə səbəb olmadı. Çünki Azərbaycanda ali təhsil müəssisələrinin gəlirləri yalnız tələbələrin ödədiyi təhsil haqları üzərində qurulub. Amma dünya təcrübəsində belə deyil. Bundan başqa, fəaliyyət göstərən dövlət universitetlərimizin gəlirləri həm də dövlət büdcəsinin vəsaiti hesabınadır. Universitetlər dövlət büdcəsindən asılı vəziyyətdədir. Yəni dövlət büdcəsindən həmin universitetlərə dotasiya ayrılmasa, universitet bağlana bilər. Ona görə də artıq imkanları geniş olan Azərbaycanda Mühəndislər Universiteti, ADU (Azərbaycan Dillər Universiteti), Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu verilib. Onlar artıq özlərinin maliyyə planlarını müəyyən edəcəklər”.

Ekspert təhsilin inkişafı üçün dünya reytinq cədvəlində yer alan universitetlərin burada filialları açılmasına ehtiyac olduğunu vurğulayıb:

“Bu təcrübə dünyada kifayət qədər var. Qardaş ölkə Türkiyənin elə universitetləri var ki, onların reytinq göstəricisi kifayət qədər ciddidir. Onların Azərbaycanda filialları açılsa, bu bizim ölkəyə kifayət qədər maliyyə axını gətirə bilər. Hazırda Türkiyənin 248 ali təhsil müəsisəsində təhsil alan xarici tələbələrin sayı 800 min, Rusiyada 256 min nəfərə çatır. Azərbaycanda isə xaricdən gəlib, universitetlərdə təhsil alan tələbələrin sayı təxminən 3800-4000 nəfərdir. Bu, olduqca aşağı rəqəmdir. Çıxış yolu isə Türkiyənin reytinqli universitetlərlə əlaqələri artırmaq və onları bura cəlb etməkdir. Bu da universitetlər arasında rəqabətin, gəlirlərin artmasına səbəb olacaq. Əgər biz həqiqətən də beynəlxalq nüfuzu böyük olan universitetlərin Azərbaycanda filiallarını açsaq, universitetlər həmin filiallara xaricdən tələbələr cəlb edəcəklər. Həmin tələbələr təhsil haqlarını universitetlərə ödəsələr belə onlar bizim ölkədə yaşamlarını davam etdirəcəyinə görə dövlətimiz də bundan qazanacaq. Bu da qida sənayesinin, turizm sahəsinin və digər sahələrin inkişafına təkan verəcək”.

Tarix
2017.07.22 / 09:07
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla