Yuxarı

Sabahın hava proqnozu açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 25-də dəyişkən buludlu, yağmursuz olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-24° isti, gündüz 30-34° isti, Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 45-55% olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti olacağı gözlənilir.

Tarix
2017.07.25 / 12:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla