Yuxarı

Bakıda avtobus aşdı: 30 yaralı – Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:16

Bakıda 36 saylı marşrut avtobusu qəzaya uğrayıb.

Hadisə şahidlərinin Axar.az-a verdiyi məlumata görə, 36 saylı avtobusun aşması nəticəsində 30 nəfərə yaxın sərnişin yaralanıb. Onların içərisində ağır vəziyyətdə olanlar var.

Yaralılar Sabunçu rayon xəstəxanasına aparılır.

Sabunçu rayon xəstəxanasından Axar.az-a bildirdilər ki, qəza ilə bağlı məlumat daxil olsa da, hələlik yaralananlar xəstəxanaya gətirilməyib.

***

11:24

3 saylı Sabunçu rayon xəstəxanasından Axar.az-a verilən məlumata görə, hazırda 9 nəfər gətirilib. Onların arasında ağır vəziyyətdə olanlar var və onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan həmçinin bildirilib ki, yaralıların gətirilməsi davam edir və gərginlik olduğundan, ətraflı və səhih məlumat verə bilmirlər.

***

11:42

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında deyib ki, hadisə ilə bağlı təcili yardıma bu gün səhər 10:17-də çağırış daxil olub. Onun sözlərinə görə, Qara Qarayev metrosunun yaxınlığında baş verən qəzaya 8 təcili yardım briqadası göndərilib.

Ərazidə 1 və 36 saylı marşrut avtobuslarının toqquşması nəticəsində 12 nəfər xəsarət alıb.

Onların 2-nə yerində ilkin tibbi yardım göstərilib. Digər 10 nəfər isə xəstəxanalara yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərdən 8-i kişi, 2-si isə qadındır.

Xəsarət alanların 8 nəfəri 3 saylı şəhər klinik xəstəxanası, 2 nəfər-ana və oğulun isə alt-üst çənə sınıqları olduğu üçün Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Tarix
2014.06.05 / 11:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla