Yuxarı

Tələf olmuş heyvanlar küçənin ortasında qalıb - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:23

Ağdaşda iribuynuzlu heyvanlar kütləvi şəkildə tələf olub.

Report xəbər verir ki, hadisə səhər saatlarında rayonun Yenicə kəndində baş verib.

Kənd sakini Pərviz Əli oğlu Hüseynova məxsus mal-qara səhər örüşə aparılan zaman naməlum səbəbdən 41 baş iribuynuzlu inək yolun ortasında tələf olub. Kənd sakinləri hadisənin gigiyenik profilaktika üçün nəzərdə tutulan baytarlıq preparatlarından qaynaqlandığını bildirirlər. Axşamdan heyvanlara tətbiq olunmuş dərmanlar səhər onların tələfatına gətib çıxarıb.

Hadisə yerinə Ağdaş Baytarlıq İdarəsinin iki əməkdaşı cəlb olunub. Mütəxəssislər heyvanların qəfil ölümünün səbəbini öyrənmək və ağır vəziyyətdə olan malları xilas etməyə çalışırlar.

Faktla bağlı araşdırma aparılır.

***

Ağdaşın Yenicə kəndində kütləvi şəkildə tələf olmuş iribuynuzlu mal-qaranın cəsədi ortalıqda qalıb.

41 baş inəyin cəsədinin daşınmasına və basdırılmasına rəsmi qurumlardan yaxın duran yoxdur.

Yalnız Ucar Baytarlıq İdarəsindən gələn mütəxəssislər laborator müayinələr üçün heyvanlardan nümunə götürərək gediblər. Onlar istirahət günü ilə əlaqədar cəsədlərin daşınmasının mümkünsüz olduğunu söyləyiblər.

Yerli əhali heyvan cəsədlərinin iylənəcəyindən və infeksiya yarada biləcəyindən ehtiyat edir. Hazırda hadisə yerində vəziyyət acınacaqlıdır.

Tarix
2017.09.03 / 15:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla