Yuxarı

Qızının ölüm xəbərini alan qadına polis yardım etdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yol polisi sükan arxasında ikən qızının ölüm xəbərini alan qadın sürücüyə yardım göstərib.

Report xəbər verir ki, hadisə Nəsimi rayonunda, metronun 20 Yanvar stansiyasının yaxınlığında baş verib.

Ziya Bünyadov prospekti ilə hərəkətdə olan 10 VE-337 dövlət qeydiyyat nişanlı "Mitsubişi" markalı avtomobilin qadın sürücüsü yolun ortasında qəfil əyləci basaraq avtomobili saxlayıb və maşından düşərək digər sürücülərdən onun avtomobilini idarə etmək üçün kömək istəyib. Onun bu davranışına qızının oxuduğu kollecdə öldüyünə dair xəbər alması səbəb olub. Xanım sürücü xəbərin təsirindən özünü itirib. Bu zaman ərazidə xidmət göstərən Yol Patrul Xidmətinin (YPX) 5-ci tağımına məxsus 99 YP 495 dövlət qeydiyyat nişanlı avtomobildəki əməkdaşlar xanım sürücüyə yardım göstəriblər.

Kiçik çavuş İlkin Məlikov xanımın avtomobilinə əyləşib və baş çavuş Ələsgər Cavadinin idarə etdiyi YPX-yə məxsus avtomobilin müşayiəti ilə qadın sürücünü sözügedən Bakı İdarəetmə və Texnologiya Kollecinə çatdırıb. Onlar əraziyə gəldikdə qızın ölmədiyi məlum olub. Kollecə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb olunub. Öldüyü bildirilən gənc qız özünə gəlib. Qadın sürücü YPX əməkdaşlarına təşəkkürünü bildirib.

Qeyd edək ki, qız uzun müddətdir epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.

Tarix
2017.09.19 / 09:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla