Yuxarı

Su böhranı: Azərbaycan üçün təhlükə varmı?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan su baxımından təkcə qonşu ölkələrdən asılı olmalı deyil, öz yerli sularını da qənaətlə istifadə etməlidir.

Bunu Axar.az-a açıqlamasında ekoloq Rafiq Verdiyev deyib. Onun sözlərinə görə, Azərbaycana xaricdən daxil olan su daha çirkli olur:

“Azərbaycana suyun təxminən 70%-ə qədəri xaricdən daxil olur. 30%-i isə Azərbaycanın öz ərazisində formalaşır. Ona görə də Azərbaycan öz ərazisinə daxil olan sulardan asılıdır. İçmək məqsədilə istifadə etdiyimiz suyun həm keyfiyyəti, həm də miqdarı bizi maraqlandırır. Xüsusilə Ermənistanla Gürcüstandan bizim ərazimizə daxil olan sular daha çirkli olurlar. Ona görə də istərdik ki, birinci növbədə onun keyfiyyətinə nəzarət etsinlər. Tutaq ki, Yevlax, Kürdəmir rayonunun adamları suyu birbaşa Kürdən götürüb içirlər. Düzdür, Ekologiya Nazirliyi orada müəyyən qurğular qurub. Bu qurğular suyu təmizləyib əhaliyə verir, amma yenə də bu kifayət deyil. Çünki əhali çoxdur, ona görə də suyun öz keyfiyyəti yüksək olmalıdır”.

O, Azərbaycanın son 30 ildə su ehtiyatlarının azaldığını vurğulayıb:

“Ermənistan öz ərazisindən keçib gələn çayların hamısının qarşısını müxtəlif məqsədlərlə kəsmək istəyir. Hətta onlar Arazın suyuna da göz dikirlər. Ekoloji axın deyilən bir kəmiyyət var. Qonşu dövlətlər buna əməl etməlidirlər. Sudan istifadə artdıqca ekoloji axına əməl olunmayacaq. Bu da ki, Azərbaycan üçün problemdir. Düzdür, Azərbaycan təkcə qonşu ölkələrdən asılı olmalı deyil, öz yerli sularını da qənaətlə istifadə etməlidir. Bəzi hallarda biz suların təmizlənib təkrar istifadəsini həyata keçirməliyik. Lazım olanda yeraltı və yerüstü sular kombinasiyalı formada istifadə olunmalıdır.

İqlim dəyişmələri də bizim sulara təsir eləyir. Son 30 ildə su ehtiyatlarımız azalıb. Biz çalışmalıyıq ki, qonşularımız Helsinki Konvensiyasına qoşulsunlar, o konvensiyanın prinsipinə uyğun olaraq çayda ekoloji axını həm kəmiyyət, həm də keyfiyyət baxımından təmin eləsinlər”.

Tarix
2017.09.20 / 08:15
Müəllif
Ülkər Həsənova
Şərhlər
Digər xəbərlər

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts mətbuat konfransı keçirirlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla