Yuxarı

MDB gömrükçüləri Qəbələdə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qəbələdə MDB ölkələri Gömrük xidməti rəhbərləri Şurasının Hüquq-mühafizə bölmələri başçıları Komitəsinin XVI iclası keçirilib.

Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, tədbirdə MDB ölkələri - Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin başçıları, eləcə də müşahidəçi qismində Latviya və Estoniya gömrük xidmətlərinin nümayəndələri iştirak ediblər.

Tədbirin açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Komitənin iclasının 3-cü dəfə Azərbaycanda keçirilməsinə görə Şura rəhbərliyinə təşəkkürünü bildirib. Komitə sədri səmərəli əməkdaşlığın qaçaqmalçılığa qarşı mübarizə, sərhədlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində mühüm nailiyyətlər əldə edilməsinə şərait yaratdığını ifadə edib.

İclasda çıxış edən Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini Anatoliy Serışev tədbirin iştirakçı dövlətlərin gömrük xidmətləri arasındakı əlaqələrin daha da gücləndirilməsində mühüm rol oynayacağına əmin olduğunu qeyd edib.

A.Serışevin sədrliyi ilə keçirilən iclasin gündəliyinə əsasən, öncə DGK-nın "Gömrük hüquqpozmaları və qaçaqmalçılığa qarşı mübarizə sahəsində Azərbaycan gömrük xidmətinin işinin təşkili" mövzusunda təqdimatı keçirilib.

Sonra iclasda gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə idarələri rəislərinin Qərargah rəhbəri vəzifəsinə namizədin təsdiqlənməsi məsələsinə baxılıb, eləcə də Komitənin XV iclasının qərarları və 2017-cü il üçün İş Planının icrası barədə Katibliyin məlumatı dinlənilib.

İclasda Hüquq-mühafizə bölmələri başçıları Komitəsinin 2020-ci ilədək fəaliyyət strategiyasının işlənməsi, terrorizm və ekstremizmin maliyyələşdirilməsinə qarşı mübarizə məsələsinə Komitənin regional yanaşmasının formalaşdırılması, həmçinin Ümumdünya Gömrük Təşkilatının himayəsi altında Rusiya Federal Gömrük Xidmətinin "Qolkiper" qlobal xüsusi gömrük əməliyyatının keçirilməsi və 2018-ci ildə MDB ölkələri gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin qarşılıqlı əlaqələndirilməsinin təşkili məsələləri barədə məlumat verilib.

Bundan başqa, iclasda Qafqaz istiqamətində "şimal marşrutu" üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, gömrük sahəsində hüquqpozmaların aşkar edilməsi, aradan qaldırılması və istintaqının aktual məsələləri, MDB ölkələri gömrük xidmətlərinin hüquq-mühafizə orqanlarının əməkdaşları üçün ixtisasın artırılması tədbirlərinin təşkili üzrə planın icrasının ilkin nəticələri və kinoloji xidmət məsələləri üzrə işçi qrupunun fəaliyyəti barədə hesabatlar təqdim olunub.

İclasın sonunda Komitənin 2018-ci il üçün İş Planının layihəsi, eləcə də Komitənin gömrük sahəsində iqtisadi cinayətlər və hüquqpozmalara qarşı mübarizə üzrə 2018-2019-cu illər üçün və Ümumdünya Gömrük Təşkilatının hüquq-mühafizə fəaliyyəti ilə bağlı MDB ölkələri üzrə RILO-Moskva regional əlaqələndirmə qovşağının 2018-ci il üçün İş Planlarının qəbul edilməsi barədə məsələlər nəzərdən keçirilib.

Tarix
2017.09.20 / 15:00
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla