Yuxarı

Metronun yeni dispetçer mərkəzi açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Metropoliteni QSC-də sonuncu dispetçer mərkəzi də ən müasir sistemlərlə təchiz olunaraq yeni texnoloji korpusda tam yeni əsaslarla fəaliyyətə başlayıb.

QSC-dən Axar.az-a verilən məlumata görə, tədbirlər planına uyğun olaraq, ilk növbədə, qatarların hərəkətini təmin edən dartı və dartı-alçaldıcı yarımstansiyaların yeni sistemə qoşulması işləri görülüb. Bu yarımstansiyalarda 1960-cı illərdə quraşdırılmış rele-kontaktor sistemi olan təmassız VRTF-3 kommunikasiya sistemi və onun MKT-3 elektron analoqu müasir elektron teleidaretmə sistemi ilə əvəzlənib.

Yeni mərkəzdə dispetçer bütün avadanlıqları, texniki göstəriciləri əyani müşahidə edib işini nəzarətdə saxlamaqla, məsafədən teleidarəetməni, tam olaraq, üzərinə götürüb.

Bu yeniləşmə sayəsində idarəetmədə insan faktoru ən aşağı həddə endirilib və elektrik təchizatı təhlükəsizliyi ən yüksək həddə çatdırılıb. Yeni sistem qabaqlayıcı tədbirləri əvvəlcədən müəyyən etməyə və mümkün problemlərin qarşısını almağa kömək edir.

Tarix
2017.09.22 / 19:12
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla