Yuxarı

ABŞ Azərbaycanda bunu dəstəkləyir - Haydi Smit

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 27-də ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə yeni təyin olunmuş müşaviri Haydi Smit ölkəmizdə fəaliyyət göstərən KİV nümayəndələri ilə görüşüb.

Axar.az xəbər verir ki, Azərbaycan Dillər Universitetində yerləşən Bakı Amerika Mərkəzində keçirilən görüşdə səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Karolin Savac yeni müşaviri təqdim edib. Bildirib ki, xanım Smit əvvəllər Latın Amerikasında, həmçinin Vaşinqtonda İctimai Əlaqələr Bürosunda Ukrayna məsələləri şöbəsində çalışıb və zəngin təcrübəyə malikdir.

Daha sonra H.Smit çıxış edərək Azərbaycanda olduğu qısa müddət ərzində şəhər sakinlərinin xoş münasibətindən valeh olduğunu və növbəti iki ildə burada çalışacağından məmnunluq hissi keçirdiyini söyləyib: “ABŞ Azərbaycanda mədəniyyət, təhsil, tələbə mübadiləsi və ingilis dilinin tədrisi sahəsində proqramları hər zaman dəstəkləyir. Dövlət Dillər Universiteti ilə birgə layihəmiz olan Bakı Amerika Mərkəzi bir növ təhsil ocağına çevrilib. ABŞ Azərbaycanın müxtəlif bölgələrində - Kürdəmir, Gəncə və Xaçmazda Amerika mərkəzləri açıb. Növbəti mərkəz bu yaxınlarda Salyanda açılacaq. Bizim tərəfdaşlıq şəklində həyata keçirdiyimiz bütün proqramların bir məqsədi var – o da iki ölkə arasında əlaqələrin inkişafına xidmət etməkdir”.

Tarix
2017.09.27 / 22:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla