Yuxarı

Yer üzündəki insanlar anlamalıdır ki... - Əməkdar təyyarəçi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıdakı konfransı düzgün qiymətləndirmək lazımdır. Bu gün dünyada baş verən hadisələr o dərəcədə mürəkkəb və dəyişkəndir ki, mütərəqqi bəşəriyyət sülhə can atır. Bakıda keçirilən konfrans sülh, sağlamlıq, düzlük, dövlətlər arasında qarşılıqlı sülh münasibətləri uğrunda çıxış edir. Bu gün biz buraya ona görə yığışmışıq ki, Yer üzünün bütün insanları sülhsüz yaşamağın mümkün olmadığını anlasınlar. Müharibənin baş verməməsi üçün bütün ölkələr, o cümlədən sülhpərvər Azərbaycan xeyirxahlığa və qarşılıqlı anlaşmaya can atır.

Axar.az xəbər verir ki, bu fikri “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının İcraiyyə Komitəsi sədrinin müavini, Rusiya Federasiyası Qəhrəmanı, Rusiyanın Əməkdar Təyyarəçisi Vladimir Alimov “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans çərçivəsində Azərtac-a müsahibəsində söyləyib.

O bildirib ki, konfransın başlıca mövzusu dünya ictimaiyyətini sülhün və sabitliyin qorunub saxlanmasının, münaqişə və müharibələrə yol verilməməsinin vacibliyinə əmin etməkdir.

“Bütün münaqişələr yalnız danışıqlar yolu ilə tənzimlənməlidir”, - deyə V.Alimov əlavə edib.

Azərbaycan paytaxtının gözəlliyini qeyd edən Rusiyanın Əməkdar Təyyarəçisi diqqətə çatdırıb ki, sonuncu dəfə Bakıda 30 il əvvəl olub.

“Dünən şəhəri görərkən, sözün yaxşı mənasında, təəccübləndim. Təmiz küçələr, gözəl landşaft, heyranedici memarlıq nümunələri Bakını çox dəyişib. Bütün bunlar Azərbaycan Prezidentinin diqqət və qayğısını bir daha təsdiqləyir. Nəticədə Bakı Avropanın ən gözəl şəhərləri ilə bir sırada dayanır. Rusiyanın bir çox şəhərlərinin bu cür olmasını istərdim”, - deyə V.Alimov bildirib.

Tarix
2017.10.12 / 22:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla