Yuxarı

Bakıda avtobus körpüyə niyə ilişdi? - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda baş verən qəza həm də onu göstərir ki, bu avtobusun sükanı arxasındakı sürücü qaydalardan xəbərsizdir, o boyda 3.13 nişanının nə demək olduğunu bilmir.

Axar.az xəbər verir ki, bu sözləri yol-hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Bakıda, 28 May küçəsində sərnişin avtobusunun körpüyə ilişməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, qəza olduqca maraqlıdır və bunun baş verməsinin bir neçə səbəbi ola bilər:

“Ola bilər ki, sürücü qaydalardan xəbərsizdir, o boyda 3.13 nişanının nə demək olduğunu bilmir. Ola bilər ki, həmin sürücü öz avtobusundan xəbərsizdir və idarə etdiyi avtobusun hündürlüyünü bilmir. Ən pis variant da ola bilər. Mümkündür ki, burada sürücüdə günah yoxdur. Bəlkə də 3.13 nişanı körpü aşırımının altındakı hündürlüyə uyğun deyil.

Xatırladıram ki, körpü altındakı faktiki hündürlük 3.13 nişanında göstəriləndən 0,3-0,4 metr artıq olmalıdır. Yəni bu halda oradakı 3.13 nişanında "3,5 m" varsa, bu o deməkdir ki, körpü altındakı hündürlük ən azı 3,8 metr olmalıdır. Belə çıxır ki, avtobus 3,8 metrdən hündürdür.

Hər halda bu avtobusun hündürlüyünü dəqiqləşdirmək və körpünün altının hündürlüyünü ölçmək maraqlı olardı”.

Qeyd edək ki, dünən səhər saatlarında Bakının 28 May küçəsində sərnişin avtobusu körpüyə ilişib. Belə ki, sərnişin avtobusu 3,5 metr hündürlükdən artıq nəqliyyat vasitələrinin keçməsinin qadağan olunduğu yerdən keçmək istəyən zaman avtobusun arxa tərəfi körpüyə ilişib.

Avtobus bir müddət hərəkətsiz qaldıqdan sonra geriyə hərəkət etməklə oradan çıxarılıb.

Tarix
2017.11.04 / 10:12
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla