Yuxarı

Xəzərdə batan modelin ailəsi müraciət yaydı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzərdə yaxta gəzintisi zamanı batan azərbaycanlı model Günel Mirzəyevanın ailəsi mətbuata müraciət ünvanlayıb.

Axar.az-a daxil olan müraciətdə ailə qızlarının ölümü ilə bağlı dərc edilən yazıların dayandırılmasını və məsələdə deputat Elmira Axundovanın oğlu Həbib Axundovun adının hallandırılmasına son qoyulmasını xahiş edib.

Müraciəti olduğu kimi tədim edirik:

“Qızımız Günelin faiciəli şəkildə vəfat etməsi bədbəxt hadisə nəticəsində baş verib. Bu hadisənin baş verməsində heç kim günahkar deyil, o cümlədən bir sıra internet saytlarında adı hallandırılan Həbib Axundov.

Buna görə də qərəzli və əsassız məlumatları yayan saytlardan və KİV-dən xahiş edirik ki, şou və sensasiya xatirinə qalmaqal yaratmasınlar, ailəmizin və qızımızın ruhuna hörmətlə yanaşaraq, xələl gətirməsinlər.

Bu mövzu ilə bağlı bütün müzakirələrə son qoyulmasını artıq dərəcədə xahiş edirik”.

Müraciəti ailə üzvləri Mirzəyev Rəşid, Mirzəyeva Göyçəkxanım, Paşazadə Cəmilə, Eyniyeva Gülşən imzalayıb.

Qeyd edək ki, azərbaycanlı model Günel Mirzəyeva 2017-ci il iyunun 26-da Xəzərin Bilgəh qəsəbəsi ərazisində yaxtanın çevrilməsi nəticəsində ölmüşdü. Mətbuatda həmin yaxtanın millət vəkili Elmira Axundovanın oğlu Həbib Axundova məxsus olması ilə bağlı iddialar yayılıb.

Tarix
2017.11.06 / 17:09
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla