Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 İyul 2018


Bu media orqanları heç kimə lazım deyil – Aynur Camalqızı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə “Mediada kriminal hadisələrin işıqlandırılması: İctimai maraqlar və peşəkarlıq” mövzusunda dəyirmi masa keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov kriminal xəbərlərə oxucuların marağının başadüşülən olduğunu, lakin medianın bu xəbərləri seçməkdə bir sıra məqamlara diqqət etməsinin vacib olduğunu bildirib.

O, sözlərinə belə davam edib:

“İnsanların mediada kriminal xəbərləri oxumasında bir təhlükə yoxdur. Dünyanın hər yerində olduğu kimi, bizdə də kriminal xəbərlərə maraq var. Medianın insanların şüuruna təsirini də unutmamalıyıq. Bu xəbərlər media vasitəsilə ictimaiyyətə təsir göstərir. Beynəlxalq təcrübədə kriminal xəbərlərin verilməsi məsələsində razılığa gəlinib. Unutmamalıyıq, bu xəbərlərin sayının artması ölkədə cinayətkarlığın artımına təsir edir, tolerantlıq azalır, qorxu atmosferi artmağa başlayır. Cinayətkarların romantikcəsinə təqdimatı, yeniyetmələrə daha çox təsir edir. Çünki bu yaşda onlar cinayətkarla qəhrəman arasında fərqi ayırd edə bilmir. Ən qorxulu məqamlardan biri bu cür xəbərlərdə hüquq-mühafizə orqanlarına düşmən obrazının yaradılmasıdır. Bu xəbərlərlə gələcək üçün terror, eksterimizmin əsası qoyulmuş olur. Dünya praktikasında kriminal xəbərlərlə bağlı informasiyalarda cəmiyyətin hüquqi özünüdərkin səviyyəsi qaldırılır, bu problemlərin qanuni yolla həlli göstərilir. Hesab edirəm ki, ölkəmizdə də bu xəbərlərin verilməsində hüquqa sayğı, hadisələrin hüquqi yolla həllinin göstərilməsi və hüquq mühafizə orqanları ilə əməkdaşlığın qurulması diqqətə alınmalıdır”.

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev belə müzakirələrin mətbuatda mövcud problemləri aradan qaldırmağa imkan verdiyini deyib:

“Bu gün ölkəmizdə söz, mətbuat azadlığı yüksək səviyyədədir, mediamız qlobal informasiya məkanında özünü təsdiq edib. Media mühiti olduqca zəngindir. Jurnalistlərimiz mövzuları sərbəst müəyyənləşdirir, ictimai müzakirəyə çıxarır. Lakin müşahidələrimiz göstərir ki, bəzi kütləvi informasiya vasitələrimiz, əsasən internet media rəqabət mühitində dövlət marağını unudur, cəmiyyətə yanlış məlumatlar verir”.

V.Əliyev son iki həftənin Azərbaycan və qlobal miqyasda əlamətdar hadisələrlə yadda qaldığını deyərək bunun mediada necə işıqlandırılmasına toxunub:

“Bakı-Tiflis-Qars dəmir yolu xətti qrobal hadisə kimi tarixə düşdü. Bu, dünya mediasının da gündəmində idi. Azərbaycan, Rusiya və İran Prezidentlərinin görüşü ölkəmizin regionda formalaşdırılan ikitərəfli, üçtərəfli münasibətlərin əsas fiqurlarından olduğunu bir daha sübuta yetirdi. Bütün bu hadisələr Azərbaycan mediasında geniş şəkildə işıqlandırıldı. Təəssüf ki, mediamız eyni zamanda ciddi ictimai maraq kəsb etməyən kriminal materialları yaydı. Lakin cinayətkarı qəhrəman obrazında təqdim etmək nə dərəcədə düzgündür? Bəzi media orqanları bu mövzuda gün ərzində 10-a yaxın məlumat dərc etdi. Cinayətkarların həyatını təbliğ etməkdə məqsəd nədir? Kriminal mövzunun geniş şəkildə təqdimatı bütün KİV-lər üçün akltualdır. Lakin bəzən televiziyalarda kriminal mövzuda xəbərlərin təqdimatında balans pozulur. Düşünürəm ki, media daha çox pozitiv mövzuda xəbər hazırlamalı, cəbhə bölgəsində qəhrəmanlıq göstərən şəxsləri təbliğ etməli, mədəniyyət, turizm, digər sahələrdə inkişafa yer ayırmalıdır. İnformasiyalar cəmiyyət və dövlətin maraqları prinsipi üzərində qurulmalıdır. Biz müharibə şəraitində yaşayan ölkəyik, bu cür xəbərlərlə cəmiyyətimizə mənfi tendensiyalar ayaq açır. Bundan sonra cəmiyyət üçün faydalı işlər görmək çətinləşir. Media gənclərimiz, dövlətimiz qarşısında məsuliyyət daşıyır və bu, unudulmamalıdır”.

“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov qəzet və saytların kriminal xəbərlərə çox yer ayırmasının səbəblərindən danışıb:

“Bunun bir səbəbi reytinq marağıdırsa, digəri qeyri-peşəkar yanaşmadır. Bu xəbərlərə geniş yer verilməsinin səbəbi Daxili İşlər Nazirliyinin yaxşı işləməsidir. Həmçinin bu xəbərlər vasitəsilə maraq çəkmək çox asandır. Lakin anlamalıyıq ki, bu informasiyalar heç biri ictimai əhəmiyyət kəsb etmir. Kriminal xəbər sensasiya kimi yox, sadəcə kriminal xronika kimi təqdim edilməlidir. Bu cür xəbərlərdə sadəcə fakt yox, həm də qınaq olmalıdır”.

Millət vəkili Aqil Abbas deyib ki, içərisindəki materiallar səbəbindən evimizə aparmağa utandığımız qəzeti çap etməməliyik. O, hər bir medianın də məsələyə məhz bu cür yanaşmasının daha vacib olduğunu bildirib: “Sovet dövründə respublikanın ən kriminal zonaları Bakı, Gəncə, Lənkəran və Ağdam idi. İndi isə hər bölgədən belə xəbərləri eşidirik. Bunun səbəblərindən danışmaq lazımdır. “Filankəs ailəsinin başını kəsdi” kimi xəbərlər elə formada təqdim edilir ki, sanki adi bir məsələdir. Hesab edirəm ki, sadəcə müzakirə etmək yetərli deyil, bu mövzuda cəza tədbirləri tətbiq edilməlidir”.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bu gün mətbuatın iki qrupa bölündüyü deyib:

“Bir qrup informasiya istehsal edir, digəri “copy-past”la məşğuldur. Belə problemlər yaşamağımızın və bu gün bura toplaşmağımızın da əsas səbəbi məhz ikinci qrup media orqanlarıdır. Kriminal, şiddət üstündə reytinq qazanmağın əleyhinəyəm”.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə vurğulayıb ki, hər bir media qurumu yaydığı məlumatlarda dövlətin marağını əsas götürməlidir:

“Son vaxtlar kriminal xəbərlərin mediada yayılması aktuallaşıb. Cinayət aləmində “nüfuz”lu şəxslərin təbliği, gənclərin milli ruhda tərbiyəsinə mənfi təsir göstərir. Hər bir media təmsilçisi, sosial şəbəkə istifadəçisi yaydığı xəbəri cəmiyyətin formalaşmasına töhfə kimi təqdim etməlidir. Təəssüf ki, Bakı-Tbili-Qars dəmir yolu kimi böyük bir layihənin reallaşdığı vaxtda, sosial şəbəkə və media qurumlarında aşağı səviyyəli şəxslərin reklamına maraq göstərdilər”.

“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, medianın böyük bir hissəsi ictimai maraqları əsas götürür:

“Kriminal xəbərlərə geniş yer verməkdə məqsəd təkcə reytinq toplamaq deyil. Müğənninin cinayətkarın həbsdən qaçması cəmiyyətdə bir saat aktual olacaq. Kriminal xəbərlərin medianın aparıcı gündəmində bomba kimi partlamasına çalışanlar elə həmin oyunun içərisinə düşürlər. Həmin media qurumlarını diqqətli olmağa çağırıram”.

“Teleqraf Media Qrupu”nun rəhbəri Aynur Camalqızı müzakirə edilən mövzunun kifayət qədər narahatlıq doğurduğunu bildirib:

“Bu tədbirə daha çox ciddi media qurumları dəvət edilib. Hesab edirəm ki, bu problemlər daha çox qeyri-ciddi mediadan qaynaqlanır. Azərbaycanda heç kimin oxumadığı media orqanları nə dövlətə, nə də oxucuya lazımdır. Bu cür mövzuları işıqlandırmadığımız halda həmin media qurumlarının arxasında qalırıq. Şiddət, zorakılığın necə işıqlandırılmasını dəfələrlə mövzu kimi işləmişik. Ümumi qənaət bu olub ki, belə xəbərlər verilməldir, lakin hadisələrin cəmiyyətə, həmin şəxslərin ailələrinə mənfi təsirinə yer verilməlidir. Bütün dünyada kriminal və şou biznes xəbərlərini böyük maraqla oxunur. Bu xəbərlərin oxunması Azərbaycan oxucusunun səviyyəsinin aşağı olması ilə bağlı deyil. Fədayə Laçın və onun həbsdən qaçırdığı iddia olunan şəxslər barədə məlumatın mediada verilməsi təbii haldır. Bu mövzunu yazmağa, müzakirə etməyə məcbur idik. Amma heç bir ciddi media orqanında həmin şəxslər təbliğ olunmur. Türkiyə və Rusiya kimi ölkələrdə bu hadisələr sadəcə xəbər kimi təqdim edilmir, həm onunla bağlı filmlər çəkilir. Hesab edirəm ki, bu mövzularının daha peşəkar işıqlandırılmasına diqqət yönəltməliyik”.

Tarix
2017.11.08 / 14:24
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Moskvada azərbaycanlı şirkət rəhbəri həbs edildi

İki marşrut xəttinin fəaliyyətə başlayacağı tarix açıqlandı

ATƏT nümayəndəsi Azərbaycana gəlir

Jan-Klod qeyri-adi velisopedlə Azərbaycana gəldi - Video

Ukraynada Azərbaycanın diaspor təşkilatları birləşdi - Foto

Türkiyənin səfiri açıqladı: Hər hansı qanunsuzluq olsa...

İlham Əliyev sərəncam imzaladı

Dilqəm Əsgərovdan niyə məktub gəlmir? - Rəsmi münasibət

“Nar” ucqar dağ kəndini mobil rabitə ilə təmin etdi

Sürücülərə şad xəbər: təmir bitdi, bu axşam...

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla