Yuxarı

Xətaidə yaşıllığı məhv etdilər: nazirlik işə qarışdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xətai rayonu Gəncə prospektində yaşıllıqların məhv edilməsinin qarşısı alınıb.

Axar.az xəbər verir ki, bir müddət əvvəl sözügedən ərazidə yol kənarında olan yaşıllıq ərazi iki yerdə qazılaraq məhv edilib. Ərazidə kimlərin iş apardığı məlum olmasa da, sakinlər bildirib ki, yaşıllıq ərazinin yerində obyekt tikilməsi üçün hazırlıq görülürmüş.

Bu məqsədlə ərazidə dövlət hesabına yüksək səviyyədə salınan yaşıl örtük tamamilə məhv edilib. Lakin işbazlar daha artığına nail ola bilməyiblər. Dağıdılan ot örtüyü bərpa edilməsə də, qazılmış yer doldurulub və məhv edilən ağacların yerində tinglər əkilib.

Ancaq maraqlıdır ki, yaşıllığın kimlər tərəfindən məhv edildiyi, həmçinin ərazidəki işin bir müddət sonra kimlər tərəfindən dayandırıldığı və əraziyə yeni tinglərin kimlər tərəfindən əkildiyi məlum deyil.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Bakı şəhəri Ekologiya və Təbii Sərvətlər Deportamentinin nümayəndəsi Rəvan Teymurov bildirib ki, sözügedən ərazidə reyd keçirilib. Reyd zamanı ərazidə qanunsuz olaraq iş aparıldığı və ot örtüyünün məhv edildiyi aşkarlanıb:

“Hər bir rayon üzrə tez-tez reydlər keçirilir. Xətai rayonu Gəncə prospekti ərazisində, Sərhəd Xidməti Akademiyasının yaxınlığında kimlərsə obyekt tikdirmək istəyirdi. Həmin ərazi yaşıllıq idi, qazonla örtülmüşdü. Ağaclıq sıx olmasa da, yaşıllığı olan ərazi idi. Reyd zamanı Bakı şəhəri Ekologiya və Təbii Sərvətlər Deportamentinin Yaşıllaşdırma Təsərrüfat Birliyi həmin ərazidəki yaşıllığın dağıldıldığını aşkar edib.

Bizim müdaxiləmizdən sonra ərazidə yenicə başlamış iş dayandırıldı. Yaşıllıqların məhv edilməsinin qarşısı vaxtında alındı”.

R.Teymurovun sözlərinə görə, ərazi artıq nəzarətə götürülüb və orada heç bir iş və qazıntı aparıla bilməz:

“Yaşıllaşdırma Təsərrüfat Birliyi və Xətai rayon İcra Hakimiyyəti nümayəndələri ərazidə həmişəyaşıl ağaclar əkdi. Xəbərdarlıq da etdik ki, həmin ərazi sahibkarlıq məqsədilə nəzərdə tutulmayıb, ərazi ancaq yaşıllıq üçündür.

Hələlik ərazinin kimlər tərəfindən qazıldığı məlum deyil. Düzü, orada heç bir inzibati xəta da yox idi. Hələ buna cəhd edirdilər. Bir qədər geciksək, ağaclar məhv edilə bilərdi. Biz vaxtında işə müdaxilə etdik və boş əraziyə ağalar əkdik. Hazırda ərazi nəzarətimizdədir”.

Qeyd edək ki, Bakıda, böyük bir prospektin düz kənarında, həm də iki ayrı-ayrı yerdə texnikanın köməyi ilə 2 gün iş aparmaq, yaşıllığı məhv etmək, torpağı daşıtdırmaq “naməlum şəxslərin özbaşınalığı” ola bilməz. Obyekt tikmək üçün İcra Hakimiyyətindən rəsmi və ya qeyri-rəsmi razılıq mütləq alınır. Şahidlərin sözlərinə görə, qazıntı Xətai İcra Hakimiyyətinin işçisinin iştirakı ilə gedirmiş.

Tarix
2017.11.18 / 13:32
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla