Yuxarı

“Kinder” şokoladları təhlükəlidir - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun illərdir uşaqların sevə-sevə aldığı “Kinder” şokaladlarının uşaqların səhhətinə ziyanları məlum olub. Almaniyada istehsl olunan bu şokaladlarda mineral yağların təhlükəli konsentrasiyasının normadan artıq olduğu üzə çıxıb. Bildirilib ki, kanserogen maddə şokoladın örtüldüyü kağızda yaranır və şokolada keçir.

Axar.az-a açıqlama verən professor, tibb eksperti Adil Qeybulla bildirib ki, bu cür şokaladlar konkret resept əsasında hazırlanır:

“Vaxtilə “Snikers”, “Mars”, “Bounti” kimi Avropadan Azərbaycana gətirilən şokoladlarla bağlı da bu tip məlumatlar olurdu. Bu şokoladların ölkədə istehsal texnologiyası mənimsənildi və Rusiya və bu kimi bir çox ölkələrdə bu şokoladların istehsalına başlanıldı. Həmin ölkələrdə konkret reseptə nə dərəcədə riayət olunması əsasə məsələdir. Şokoladda hansısa qarışıqlar müəyyən edilibsə, bu o deməkdir ki, o, konkret reseptlə hazırlanmayıb”.

Həkim-ekspert bildirib ki, bu cür problemlər zaman-zaman qaldırılır və buna düzəliş edilir:

“Avropanın özündə də belə məsələlər gündəmə gətirilir. Şokoladın tərkibinə yenidən baxılır və düzəliş olunur. Bəzi hallarda həmin qidanın istehsalı dayandırılır. Hər bir ölkə özünə cavabdehdir. Əgər doğurdan da fakt varsa və sübut edilibsə ki, şokoladın tərkibində belə maddələr var, həmin məhsulun ölkəyə girişi problem həll edilənə kimi bir müddət dayandırılmalıdır”.

“Kinder” şokoladında mineral yağların təhlükəli konsentrasiyasına gəlincə isə, A.Qeybulla bildirib ki, bu qida əlavələrinin müəyyən miqdarı orqanizmdə dəyişiklik yaradır:

“Bağırsaq pozuntularından tutmuş kontuligen effektə qədər, orqanizmdə problemlər yaradır. Hətta bəzi qidaların Rusiyada qadağan edilməsi həm də bu səbəbə görə idi. Düşünürəm ki, bu şokoladın uşaqlar üçün nəzərdə tutulduğunu nəzərə alaraq, diqqətli olmaq lazımdır”.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə bu tip şokoladların uşaqlar üçün zərərli olması ilə bağlı dəfələrlə məlumat verdiyini bildirib:

“Azad İstehlakçılar Birliyinin də üzv olduğu istehlakçı hüquqlarını qoruyan dünya təşkilatları 3 ildən bir keçirilən dünya konqreslərində bu tip malların uşaqlar üçün təhlükəli olduğunu bildirir.

Həmin şokoladın təhlükəsindən əlavə, bununla bağlı Azərbaycanda daha bir problem mövcuddur. Bizim mağazalarda bu şokoladın vaxtı keçmiş formaları da satılır. Bu faktları nəzərə alaraq, valideynlər diqqətli olmalıdır”.

E.Hüseynov bildirib ki, növbəti il Qida Təhlükəsizliyi Agentliyi yarandıqdan sonra bu istiqamətdə də nəzarət gücləndiriləcək.

Tarix
2017.11.23 / 00:54
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla