Yuxarı

Bakı məktəbindən Ağdamda 348 şagirdə hədiyyə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri 6 nömrəli tam orta məktəb-lisey kompleksinin kollektivi Ağdama xeyriyyə səfəri təşkil edib.

Kult.az xəbər verir ki, səfər zamanı Ağdam rayonu 106 saylı köçkün orta məktəbində I-XI siniflərdə təhsil alan 348 şagirdə geyim əşyaları, dərs vəsaitləri, məktəb ləvazimatları və hədiyyələr təqdim edilib.

Səfərdə 6 nömrəli tam orta məktəb-liseyin direktoru, əməkdar müəllim Gülşən Orucova ilə yanaşı məktəb kollektivindən daha 11 nəfər müəllim iştirak edib. Tədbir iştirakçıları tərəfindən 25 şəhid ailəsinə ərzaq yardımı edilib. Şagirdlərin əyləncəsi üçün tədbirdə kiçik musiqi qrupu da iştirak edib.

Xeyriyyə səfərində əsas məqsəd 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Ağdam rayonunda məskunlaşmış qaçqın və məcburi köçkün ailələrini ziyarət edərək həmrəylik nümayiş etdirmək olub.

Tarix
2017.12.06 / 18:39
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla