Yuxarı

Türklərin ən böyük 7 hökmdarı - Axar TV

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türklər daima dünya tarixinə yön verən xalqlar sırasında yer alıb. Bu xalqın içərisindən çıxan və dünyanın böyük hissəsini nəzarətində saxlamağı bacaran hökmdarlar olub.

Axar TV dünya tarixində iz qoymuş 7 türk hökmdarı haqdayazını təqdim edir:

Mete Xan

Eradan əvvəl 234-174-cü illərdə yaşayıb. Çin mənbələrində onun adı Modun Şanyu olaraq keçir. Türk tarixinin ilk imperiyasının yaradıcısı sayılır. Hakimiyyətdə olduğu dönəmdə güclü imperiya yaratmağı bacaran Mete xan sonradan Çini öz nəzarəti altına ala bilmişdi. Məhz Metexanın və hun tayfalarının ağır hücumları Çini Böyük Çin Səddini tikməyə məcbur etmişdi.

Bilgə xaqan

683-734-cü illərdə yaşayıb. İkinci Göytürk İmperatorluğunun rəhbəridir. Həyatı boyunca böyük savaşlara qatılıb. Qatıldığı ən böyük savaş isə Ezginti Kadız savaşı olub. Soydaşları olan Doqquz Oğuz boyları ilə savaşan göytürklər bu müharibəni qalibiyyətlə başa vurublar. 17 il hakimiyyətdə qalan Bilgə xaqan güclü dövlət yaratmağı bacarıb. O, 734-cü ildə zəhərlənərək öldürülüb. İddialara görə, Buyruk Çor adlı əyanı tərəfindən qətlə yetirilib. Çorun onun qətli sifarişini Çindən aldığı güman edilir.

Atilla

406-453-cü illərdə yaşayıb. Qərbi Hun İmperiyasının hökmdarı olan Atilla hakimiyyəti dönəmində ölkəsinin sərhədlərini Xəzərdən Romaya qədər uzatmağı bacarıb. Atilla Avropa tarixinə“Tanrının qamçısı” adı ilə düşüb. O, Bizans və Romanı tabeliyi altına salmağı bacarıb. Atilla həmçinin tarixə Roma Papasını qarşısında diz çökdürən şəxs kimi düşüb. O, 453-cü ildə yeni həyat yoldaşı, romalı şahzadə tərəfindən zəhərlənərək qətlə yetirilib.

Alparslan

1033-1072-ci illərdə yaşayıb. Böyük Səlcuq İmperiyasının hökmdarı olub. Hakimiyyətdə olduğu zaman ərzində imperiyanın ərazilərini xeyli genişləndirib. İmperiyanın sərhədləri cənubda Misirə, şərqdə Qaraxanlı dövlətinə, qərbdə Bizansa, şimalda isə Şimali Qafqaza qədər çatıb. Alparslan türk tarixinə 1071-ci ildəki Malazgird döyüşü ilə düşüb. Bu döyüşdə ordusundan 2 dəfə çox döyüşçüyə sahib olan Bizansı məğlub edən Alparslan imperator IV Diogeni də əsir götürməyi bacarıb. Alparslanın bu qələbəsi türklərin Anadoluda yerləşməsi prosesini qətiləşdirib. Alparslan 1072-ci ildə Türküstana səfəri zamanı Yusif əl Xarəzmi adlı qala rəisi tərəfindən qətlə yetirilib. İddialara görə, hökmdarın erməni əsilli mühafizəçisi əl Xarəzmi nizəylə vuraraq öldürməsi ona qarşı sui-qəsdin üstünü açmağa imkan verməyib.

Səlahəddin Əyyubi

1138-1193-cü illərdə yaşayıb. Əyyubilər dövlətinin rəhbəri olub. Tarixdə xeyirxahlığı və səlibçilərə qarşı savaşı ilə yadda qalıb. Məhz o, 1187-ci ildə Qüds şəhərində səlibçilərin 88 illik hakimiyyətinə son qoymağı bacarıb.

Fateh Sultan Məhməd

1432-1481-ci illərdə yaşayıb. Osmanlı imperiyasının hökmdarı olub. Dünya tarixinə 1453-cü ildə İstanbulu fəth edərək, Bizans imperiyasına son qoymasıyla düşüb. Bunun sayəsində İstanbul ömürlük olaraq türklərin hakimiyyəti altına keçib. Onun zamanında Osmanlı Balkanlar və Şərqi Avropanın bir hissəsini nəzarət altına alıb. 1481-ci ildə Anadoluya səfər zamanı xəstəlikdən vəfat edib. Bəzi mənbələrdə onun Vatikan tərəfindən zəhərləndiyini iddia edilir.

Şah İsmayıl Xətai

1487-1524-cü illərdə yaşayıb. Azərbaycan tarixinin ən güclü imperiyası olan Səfəvilərin rəhbəri olub. Azərbaycanı ilk dəfə olaraq tam şəkildə mərkəzləşdirə bilib. Ölkəsinin sərhədlərini şərqdə Pakistana, qərbdə Suriyaya, cənubda İran körfəzinə, şimalda isə Dağıstana çatdıra bilib. Onun rəhbərliyi altında şərqdə ilk tam güclü şiə təriqətinin hökmran olduğu dövlət yaradılıb. Xətainin zamanında türk dili inkişafının ən yüksək səviyyəsinə çatıb.

Tarix
2017.12.12 / 16:10
Müəllif
Ülkər Həsənova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla