Yuxarı

Deputat iraqlı nazirlərlə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva İraq Jurnalistlər İttifaqının Bağdadda təşkil etdiyi terrorla mübarizəyə dair beynəlxalq tədbirdə iştirak edib.

Axar.az xəbər verir ki, 50-yə yaxın ölkədən nümayəndələrin qatıldığı tədbirdə deputat İraq hökuməti və parlament üzvlərini Xocalı soyqırımı ilə bağlı rəsmi mövqe bildirməyə səsləyib.

Millət vəkili tədbir çərçivəsində İraqın naziri, İraq hökumətinin parlamentdəki təmsilçisi, bölgələrarası əməkdaşlıq üzrə komissarı Torhan əl-Mufti, İraqın Daxili İşlər Nazirliyinin rəhbərliyi, general Saad Maan, müdafiə naziri, Qadınlar Şurası rəhbəri, bir sıra millət vəkilləri ilə görüşdə Qarabağ problemindən danışıb.

Millət vəkili bildirib ki, İraq parlamentinin Xocalı Soyqırımı ilə bağlı rəsmi münasibət bildirməsi önəmli addım olardı.

“Azərbaycanlılar qardaş İraq parlamentindən bu istiqamətdə addımlar atılmasını, ədaləti dəstəkləməsini gözləyirlər. İraqda yaşayan türkmanlar Azərbaycanla İraq arasında möhkəm bağlardır”.

Tarix
2017.12.13 / 17:23
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla