Yuxarı

Nazir zorakılığa məruz qalan qadınlara baş çəkdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazir Səlim Müslümov “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında olub. Nazir İB-də məişət zorakılığından zərər çəkmiş şəxslərə göstərilən sosial xidmətlərlə tanış olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən Axar.az-a verilən məlumata görə, nazir ölkədə sosial xidmətlər sisteminin əhatə dairəsinin getdikcə genişləndiyini vurğulayıb.

S.Müslümov qeyd edib ki, hazırda 1100 nəfərdən çox şəxsə sosial xidmət müəssisələrində stasionar şəraitdə, 11,2 min nəfər tənha ahıl və əlil şəxsə evlərində səyyar formada sosial xidmətlər göstərilir.

Nazir çıxışı zamanı bu istiqaməətdə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin fəaliyyətini də yüksək qiymətləndirib.

Birliyin sədri Mehriban Zeynalova aparılan işlərin davamı kimi, bu il “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi tərəfindən məişət zorakılığına məruz qalmış 119 qadının və 115 uşağın sığınacaqla təmin edilərək onlara zəruri yardımların göstərildiyini bildirib.

Tarix
2017.12.13 / 17:43
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla