Yuxarı

Bakıya 18 metrlik avtobuslar gətirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn il Bakıya 18 metr uzunluğunda marşrut avtobusları gətiriləcək.

Axar.az xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli Trend-ə verdiyi geniş müsahibədə bildirib.

Direktorun sözlərinə görə, növbəti ildən bir çox köhnə avtobuslar yeniləri ilə dəyişdiriləcək:

“Nazirlər Kabinetinin iclasında da bildirdim ki, marşrutlardakı avtobusların 50 faizi dəyişdirilməlidir. Bu məsələyə cənab Prezident özü də ciddi nəzarət edir. Gələn il ölkəyə 300-350 müasir avtobusun gətirilməsi nəzərdə tutulub. Yeni avtobusların hansı daşıyıcıya veriləcəyi hələlik məlum deyil. Həmin nəqliyyat vasitələrinin bəzilərinin uzunluğu 18 metr olacaq.

Bəziləri deyir ki, Bakı küçələri bu avtobusların hərəkəti üçün yararlı deyil. Əslində isə Bakının küçələri buna tam hazırdır. Biz araşdırma aparmışıq və məlum olub ki, bəzi Avropa şəhərlərinin küçələri Bakı küçələrindən dardır. Lakin orada sürücü-sərnişin münasibətləri normaldır, döngələrdə maşın saxlamırlar”.

V.Kərimli bildirib ki, 18 metrlik avtobuslar Bakıya gətiriləndən sonra şəhərin ictimai nəqliyyatında ciddi dəyişiklik olacaq:

“Biz həmin avtobusları mərhələli şəkildə xətlərə buraxacağıq. Daha sonra Bakıətrafı qəsəbələrdə texniki nasaz olan avtobusları yeniləyəcəyik. Yeni avtobuslar marşrut xəttinə buraxılandan sonra hazırda istifadədə olan avtobuslar yollarına uyğun olaraq qəsəbə marşrutlarına veriləcək”.

Direktorun sözlərinə görə, gələn il üçün Zabrat, Binəqədi, Mərdəkan, Qala, Bakıxanov və Zığ qəsəbələrində kiçik nəqliyyat mübadilə mərkəzləri yaradılacaq:

“Ətraf qəsəbələrdə mərkəzlər olanda nəqliyyatın mərkəzlə əlaqələndirilməsi daha yaxşı təşkil olunacaq. Bu, həm sərnişinlər üçün rahat olacaq, həm də şəhərin tıxac problemi müəyyən qədər aradan qalxacaq”.

Tarix
2017.12.18 / 09:58
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla