Yuxarı

Azərbaycan bu siyahıda üç pillə irəlilədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vikipediyanın Azərbaycan dilində olan bölməsində hazırda 130 min 230 məqalə var. Son illərdə bu virtual ensiklopediyada ana dilimizdə məqalələrin yaradılmasında böyük fəallıq müşahidə olunur.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasından (MEK) Kult.az-a verilən məlumata görə, 2017-ci ilin dekabr ayında Azərbaycan dilində olan vikipediya (Azviki) üç pillə irəliləyib. Latınca, özbəkcə, sadələşdirilmiş ingiliscə ("simple english") olan Vikipediyanı keçərək 50-ci pilləyə yüksəlib.

MEK-dən bildirilib ki, hədəf ən qısa zamanda 40-cı pilləyə yüksəlmək və beləliklə, həm kəmiyyət, həm də keyfiyyət baxımından yüksək inkişaf əldə etməkdir.

MEK-in sərbəst elektron resuslarla iş şöbəsinin əməkdaşları tərəfindən vikipediya elektron ensiklopediyasının Azərbaycanda kütləviləşdirilməsi istiqamətində işlər davam etdirilir. Mərkəzdə vikipediya ilə bağlı seminarlar, görüşlər və tədbirlər müntəzəm təşkil edilir.

Qeyd edək ki, Azərbaycandilli vikipediya türkdilli vikipediyalar sırasında isə türkcə vikipediyadan sonra 3-cü yerdədir.

Tarix
2017.12.23 / 01:31
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla