Yuxarı

“Baksell”dən yeni xidmət - Metroda 4G

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Baksell” şirkəti Bakı şəhərinin bütün metro stansiyalarında özünün ultra-sürətli 4G LTE mobil internet xidmətini istifadəyə verib.

Şirkətdən Axar.az-a verilən məlumata görə, 4G şəbəkəsinin metroda qurulması yüksək həcmdə trafik mübadiləsi tələb edən film izləmək, selfi çəkib paylaşmaq kimi xidmətlərin istifadəsini dayandırmaq istəməyən sərnişinlərin çoxdan gözlədiyi hadisədir.

“Baksell”in LTE şəbəkəsi hazırda Bakı metrosunun 21 stansiyasında (hazırda təmir olunan “Sahil” stansiyası istisna olmaqla) mövcuddur. “Baksell” şirkətinin tətbiq etdiyi ən müasir “LTE Advanced” texnologiyası sayəsində, operatorun abunəçiləri artıq hətta metroda belə saniyədə 225 meqabitə çatan sürətin imkanlarından yararlana biləcəklər. Qeyd etmək lazımdır ki, bu xidmətin hazırda yalnız metro stansiyalarının platformalarında istifadəsi mümkündür.

“Biz metrodan tez-tez istifadə edən “Baksell” abunəçilərinə çox yüksək keyfiyyətli 4G LTE xidmətini təqdim etməkdən böyük qürur hissi duyuruq. Abunəçilərimiz artıq platrofmalarda qatarı gözləyəndə belə bizim ultra-sürətli mobil internet şəbəkəmizdən yararlanmaq imkanı qazanıblar. Bu bizim üçün böyük nailiyyətdir və əminik ki, bu sahədə gördüyümüz işlər daim mobil olmaq və bütün məkanlarda genişzolaqlı internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər tərəfindən yüksək qiymətləndiriləcək”, deyə “Baksell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.

4G xidməti sayəsində “Baksell” abunəçiləri şirkətin ən müasir LTE şəbəkəsindən faydalanaraq, iri həcmli faylları, demək olar ki, bir göz qırpımında yükləyib göndərmək, musiqi axınlarını buferizasiyanı gözləmədən dinləmək, habelə şəbəkədə ləngimənin cüzi olduğundan onlayn oyunlar oynamaq imkanına malikdirlər.

“Baksell” şirkəti bundan sonra da öz abunəçilərini yeniliklər, ən son texnologiyalar və müasir, rahat və etibarlı xidmətləri ilə sevindirməyə davam edəcək.

Tarix
2018.01.17 / 13:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla