Yuxarı

Bakıda həbsdə yatan erməni ilə bağlı - Yeni xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda cəzaçəkmə müəssisəsində cəza çəkən erməni əsilli Marat Ueldanovun saxlanma rejiminin dəyişdirilməsi barədə məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.

Axar.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Qərara görə, Marat Ueldanovun apelyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Rusiya vətəndaşı Marat Ueldanov 2016-cı il iyulun 28-də Bakıda saxlanılıb.

Bundan sonra Ermənistan mediası onun erməni əsilli olduğunu açıqlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Marat Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən apelyasiya şikayəti verib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Marat Ueldanovun şikayəti təmin edilməyib.

O, Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi, külli miqdarda narkotik vasitə) maddəsi ilə ittiham olunub.

Hökmdən sonra cəza çəkmə müəssisəinə göndərilən Marat Ueldanovun daha sonra saxlanma rejimi dəyişdirilib.

Belə ki, müəssisənin rəisi Marat Ueldanovun həbsxana rejiminə keçirilməsi barədə Xəzər rayon Məhkəməsinə təqdimatla müraciət edib. Məhkəmə təqdimatı təmin edib və Marat Ueldanovun həbsxana rejiminə keçirilməsi barədə qərar qəbul olunub. Qərardan narazı qalan məhkum apelyasiya şikayəti verib. O, şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini istəyib.

Tarix
2018.02.14 / 10:05
Müəllif
Hacı Zeynalov
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla