Ana səhifə Toplum |
Ölkənin ən böyük şirkətlərindən olan “Azərsun”u məhkəməyə verən keçmiş işçisi qalib gəlib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Foodinfo.az saytı yayıb. Məlumatda bildirilib ki, Sun Food MMC-dəki vəzifəsindən azad olunan şəxs şirkəti məhkəməyə verib.
Nərimanov Rayon Məhkəməsinə müraciət edən Emil Cəbiyev işə bərpa olunmasını tələb edib. Məhkəmə keçmiş işçinin iddiasını təmin edib və onun işə bərpa olunması barədə qərar qəbul edib.
Sun Food MMC məhkəmə qərarından apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Xatırladaq ki, “Sun Food” “Azərsun Holdinq”ə daxil olan şirkətlərdən biridir. 1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan “Azərsun Holdinq” qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ölkənin qabaqcıl şirkətlər qrupudur.
Tarix
2018.02.14 / 17:09
|
Müəllif
Nigar İxtiyarqızı
|