Yuxarı

ADU-dan ilk: Tələbələr qaçqın məktəblərinə göndəriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetində (ADU) 2017-2018-ci tədris ilində bakalavr ali təhsil pilləsində təhsillərini başa vuran tələbələrin pedaqoji və istehsalat təcrübəsinə həsr olunan konfrans keçirilib.

Axar.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla tələbələrin ilk dəfə olaraq ölkəmizin müxtəlif rayonlarında yerləşən məcburi köçkün məktəblərində pedaqoji təcrübə keçəcəklərini diqqətə çatdırıb və bu işin həm universitet, həm də məktəblər üçün öz bəhrəsini verəcəyini vurğulayıb.

Rektor rayonlarda tələbə və metodistlərin normal yaşayışı üçün lazım olan hər cür şəraitin yaradılacağını və onların ezamiyyət xərclərinin universitet tərəfindən ödəniləcəyini deyib.

ADU-nun Təcrübə, professional inkişaf və karyera şöbəsinin müdiri, universitet üzrə pedaqoji təcrübənin rəhbəri Məmməd İsmayılov 2018-ci ilin fevral ayının 16-dan başlayan pedaqoji təcrübənin əyani şöbədə 14 həftə, qiyabi şöbədə isə 5 həftə davam edəcəyini bildirib.

Qeyd edək ki, ADU-nun qaçqın və məcburi köçkünlərə dövlət qayğısına öz töhfəsini vermək üçün könüllü şəkildə həyata keçirdiyi bu layihə genişmiqyaslı xarakter daşıyır.

Tarix
2018.02.15 / 18:33
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla