Yuxarı

Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsi anıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 22-də Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi və Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib.

Axar.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, anım tədbiri dövlət himninin səslənməsi və soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Teatrın pedaqoq-təşkilatçısı, əməkdar artist Ötkəm İsgəndərov Azərbaycan xalqının erməni millətçiləri tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmasından, öz tarixi torpaqlarından qovulmasından söz açıb, Xocalı soyqırımının heç zaman unudulmayacağını vurğulayıb.

Çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan qoşunlarının Xocalı şəhərinə hücumu nəticəsində 613 nəfərin öldürüldüyünü diqqətə çatdıraraq dövlətimiz tərəfindən bu soyqırımı faktının dünyada tanıdılması istiqamətində aparılan fəaliyyətlərdən və cinayətkarların cəzasız qalmayacağından bəhs ediblər.
Qeyd olunub ki, bu gün soyqırımı qurbanlarının qisasını alacaq, ata-baba torpaqlarımızı düşməndən azad edərək üçrəngli bayrağımızı Qarabağda dalğalandıracaq güclü ordumuz və rəşadətli Azərbaycan əsgəri vardır.

Teatrın repertuarında S.Elsevərin Xocalı faciəsinə həsr edilmiş “Arzu və Murad” tamaşası tədbir iştirakçılarına təqdim olunub. Tamaşanı Müdafiə Nazirliyinin zabit, əsgər və kursant heyəti, Səbail rayon 50 saylı orta məktəbin müəllim və şagird kollektivi, Xocalı faciəsinin şahidləri böyük maraq və həyəcanla izləyiblər.

Tədbirin sonunda gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində göstərdikləri təşəbbüsə görə tamaşanın yaradıcı kollektivi Fəxri fərmanlarla təltif edilib.

Tarix
2018.02.22 / 23:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri...

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla