Yuxarı

Bakıdan AP-ın 500 deputatına müraciət edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamentinin 500 deputatına müraciət göndərmişik. Artıq həmin deputatlar şəxsi email ünvanıma müraciəti aldıqları və bu məsələni nəzarətdə saxlayacaqlarını bildiriblər.

Bu sözləri Axar.az-a açıqlamasında BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı Avropa Parlamentinin üzvü Lars Adaktussonun Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionuna qeyri-qanuni səfəri və separatçı rejimin təmsilçiləri ilə görüşməsi barədə danışarkən deyib. Onun sözlərinə görə, qeyri-hökumət təşkilatının rəhbəri kimi bu müraciət 500 deputatın hər birinin ünvanına bir-bir göndərilib:

“Məlumata görə, fevralın 27-də Lars Adaktusson və onun həmkarı Mişel Rivasi Avropa Parlamentinin binasında Dağlıq Qarabağla bağlı tədbir keçirməyi planlaşdırır. Həmin tədbir “Tufenkian Foundation”, “Armenian Legal Center for Justice and Human Rights” və “European Armenian Federation for Justice and Democracy” adlı erməni lobbi təşkilatlarının sponsorluğu ilə təşkil olunub. Fevralın 28-də isə Avropa Parlamentinin binasında AP üzvü Frank Engelin təşkilatçılığı ilə “Dağlıq Qarabağ və AB: 1988-2018” mövzusunda tədbir keçirilməsi planlaşdırılır. Bu tədbir də “The Armenian General Benevolent Union” və “European Friends of Armenia” adlı lobbi qruplarının sponsorluğu ilə həyata keçiriləcək. Deputatların hər birinin diqqətinə çatdırdıq ki, fevralın 26-da XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımının 26-cı ildönümüdür. Ondan dərhal sonra Avropa Birliyi kimi mötəbər qurumun binasında ermənilərin sponsorluğu ilə sözügedən tədbirlərin təşkili Azərbaycan xalqına və Xocalıda həlak olmuş insanların ruhuna hörmətsizlikdir. Xahiş etdim ki, AP üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinə və qondarma rejimin təmsilçiləri ilə görüşünə etiraz etsinlər. Onları Dağlıq Qarabağ münaqişəsini törədənlərin sponsorluq etdiyi tədbirlərə qatılmaqdan çəkinməyə çağırdıq”.

Tarix
2018.02.23 / 09:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla