Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Avqust 2017


Bakıda intihar hadisələri təkrarlana bilər - Psixoloq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cəmiyyətimizdə intihara meyl hallarının artmasına gətirib çıxaran əsas amil diqqətsizlikdən qaynaqlanır".

Bunu Axar.az-a dünən Bakı şəhərində baş verən intihar hadisəsini şərh edərkən Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov deyib.

Onun sözlərinə görə, intihar hallarının artmasının başlıca səbəbi məhz ailədaxili diqqətsizlikdən qaynaqlanır:

"Bu cür hallarda intihar hallarının təkrarlanması hazırda Azərbaycanda ən mühüm problemlərdən biri hesab olunur. Dünən Bakı şəhərində intihara cəhdin qarşısının alınması oxşar halların təkrarən baş verməyəcəyi anlamına gəlmir. Adətən intihara meyl edən şəxslər bunu yenidən təkrarlayırlar ki, onlara da suisidal insanlar deyirlər. Həmin şəxslər əslində intihar yox, diqqət cəlb etmək istəyirlər. Bu cür hadisələr yalnız qarşısı alınmaqla həll olunmur. Hadisədən sonra da həmin şəxslərlə maraqlanmaq, onların ailələrinə qayğı və diqqətin artırılması yönündə məsləhətlər vermək və həmin şəxsləri özünəqəsdə sürükləyən problemlərin kökündən həll olunması ilə bağlı tədbirlər görmək lazımdır".

Psixoloq onu da qeyd etdi ki, bu, Bakı şəhərində eyni yerdə baş verən ikinci belə intihar hadisəsidir. Bundan öncə də məhz eyni məkanda bu cür olay təkrarlanmışdı və bu, həmin hadisənin yenidən baş verməyəcəyinə dəlalət etmir.

Dünyada olduğu kimi, Azərbaycanda da elə yerlər var ki, insanlar məhz intihar etmək üçün oraya üz tuturlar:

"Belə düşünürəm ki, dünənki hadisənin baş verdiyi yerlə bağlı hansısa tədbirlər görmək lazımdır. Əks təqdirdə olay təkrarlana bilər. Suisidal insanlar əslində intihara təşəbbüs edərkən cəmiyyətin diqqətini çəkmək istəyirlər. Ona görə də, harada belə suisidallara rast gəlsək, onlarla yalnız söhbət edərək bu fikirlərindən daşındırmaq lazımdır. Məsələn, bəzən hər hansı bir şəxs " belə getsə, intihar edəcəm" dedikdə heç kəs onu ciddi qəbul etmir. Halbuki bunu normal psixologiyada olan insan demir. Beləliklə, bu cür insanlar intihara meylli insanlar hesab olunurlar ki, onlarda da özünəqəsdə - riskə meyllilik güclü olur".

Psixoloq Elnur Rüstəmov onu da qeyd etdi ki, son illər Azərbaycanda bu kimi halların artması müşahidə olunur. Yaxşı olar ki, insanlara, xüsusən də gənclərə qarşı qayğı və diqqət artırılsın.

Xatırladaq ki, dünən paytaxtın Nizami rayonu ərazisində "Koroğlu" stansiyası yaxınlığındakı körpüdən özünü atmaq istəyən şəxsin intihara cəhd hadisəsinin qarşısı alınmışdı.

Tarix
2014.08.01 / 20:26
Müəllif
Aygün Yusibova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Mühüm konfrans: Azərbaycan həqiqətləri - Foto

Bərdədə toy günü faciə: 1 ölü, 3 yaralı

Şahdağ Milli Parkında baş verən yanğın söndürüldü

Sabahın hava proqnozu

Xəzəryanı dövlətlərin liman rəhbərləri görüşəcək

Erməni təxribatı: atəşkəs pozuldu

15 milyon insanın həyatı təhlükədə - Foto

Azərbaycan tibb tarixində bir ilk yaşandı - Video

İlham Əliyev: Azərbaycanda bir dənə də olsun...

Adnan Oktar Azərbaycanla bağlı ittihamlara cavab verdi - Video

KULT
<>
Xəbər xətti
 
SORĞU
Harada dincəlmək istəyərdiniz?
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla