Yuxarı

Zaqatala qatillərindən daha biri ələ keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində içərisində 4 nəfərin olduğu avtomobili avtomatdan güllə atəşinə tutan Balakən rayon sakini, 1991-ci il təvəllüdlü Osmanov Samir Rəşid oğlu tutulub.

"Axar.az"ın ANS-ə istinadən xəbərinə görə, Zaqatala rayon prokuroru İlham Həsənəlizadə faktı təsdiq edərək bildirib ki, Samir Osmanovdan hadisə zamanı istifadə etdiyi avtomat silah da maddi sübut kimi götürülüb. Tutulan şəxs yaralı halda ələ keçirilib.

Əldə edilən informasiyaya görə, Samir Osmanovun öz əlindəki silahdan açılan güllələrdən biri noyabrın 24-də baş verən hadisə zamanı elə onun öz əlinə dəyib. S. Osmanovun müayinəyə ehtiyacı olduğu üçün o xəstəxanaya yerləşdirilib.

Samir Osmanovun müalicə olunduğu xəstəxana hazırda Daxili Qoşunların əsgərləri tərəfindən mühasirəyə alınıb. Zaqatala rayon polis idarəsinin növbətçisi telefonla söhbətində əlavə informasiyaya malik olmadığını bildirdi.

Xatırladaq ki, hadisənin daha bir iştirakçısı, Balakən rayon sakini Vüqar Lahıcov bu gün səhər saxlanılıb. Məlum silahlı insidentdə əlaqəsi olan daha bir neçə nəfərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hazırda hadisənin digər iştirakçılarının saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Qeyd edək ki, noyabrın 24-də saat 16.00 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisində "VAZ-2107" markalı avtomobildə olan naməlum şəxs Balakən rayon sakini Vüsal Əliqayevin idarə etdiyi "Hyundai" markalı avtomobilin istiqamətində avtomat silahdan atəş açıb. V. Əliqayevin sərnişinləri - Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov aldıqları güllə yarasından hadisə yerində ölüb, özü isə xəsarət alıb.

Tarix
2013.11.26 / 22:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla