Yuxarı

İnterval sürücülər arasında qan salır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Namiq Həsənov isə mətbuatla bir müddətlik əlaqələrini kəsib

Paytaxtın əksər dayanacaqlarında gözlədikdə ya hansısa marşrut gecikir, ya da eyni xəttin avtobusları bir anda dayanacaqda toplaşırlar. Bu zaman həmin avtobus sürücüləri arasında ciddi mübahisə baş verir. Sərnişinlərə isə sürücülərin "Niyə mənim vaxtıma girdin?" davalarına baxmaq qalır. Bu cür mübahisələrə hər gün rast gəlmək olar. Qeyd edək ki, mübahisədən sonra əsəbiləşmiş sürücülər avtobusun sürətini artırır ki, itirilmiş interval bərpa edilsin. Beləcə, sərnişinlərin həyatı, bütövlükdə yol hərəkəti qaydaları təhlükə altına düşür.

Avtobusların sayında qıtlıq müşahidə olunur

Əsas problem isə budur ki, şəhər sakinləri avtobusların bir-birinin intervalına girmələrindən narahat deyillər. Onları xüsusən gecikmələr narahat edir. Vətəndaşlar avtobusların gecikməsi ilə yanaşı, onların sayının az olmasından da şikayətlənirlər. Son günlər paytaxt daxilində və ya şəhər kənarlarında hərəkət edən avtobus marşrutlarının işində problemlər özünü daha çox büruzə verməyə başlayıb. Qıtlığa səbəb isə ötən il avtobusların sayında aparılan ixtisarlardır.

İslahatlara ehtiyac var idimi?

Artıq avtobusların sayında ikinci islahat həyata keçirilib. Birinci dəfə 300-dən 217-yə qədər azaldılan marşrutların sayı, ikinci dəfə isə 217-dən 174-ə endirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov mətbuata bildirib ki, islahatlar başlayanda paytaxtda 310-a qədər marşrut xətti var idi. Xırda avtobuslar iri tutumlu avtobuslarla əvəzləndi ki, bu da gərəksiz say çoxluğunu aradan qaldırmaqla yanaşı, həm də tıxacların qarşısını alacaq.

Tıxaclar intervalların nizamını pozur

İntervalların pozulmasına əsas səbəblərdən biri yollardakı tıxaclardır. Artıq tıxaclar paytaxtın həlli mümkün olmayan probleminə çevrilib. Paytaxt yollarındakı tıxaclar ictimai nəqliyyatın hərəkətini tənzimləməyə imkan vermir. İntervalı daim nəzarətdə saxlamaq üçün avtobuslara kiçikölçülü monitorlar yerləşdirilsə də, onlar hələ də fəaliyyət göstərmir. Bu da sürücülərin intervalı qorumasında çətinlik yaradır. Ən kritik vəziyyət isə iş saatlarının bitdiyi vaxt olur. Bu zaman işdən evə gəlmək üçün dayanacaqlarda saatlarla gözləmək lazım gəlir. Vəziyyət o həddə çatır ki, sərnişinlər uzun zamandan sonra gələn avtobuslara minməyə yer tapmırlar.

Bu sistemə nəzarət varmı?

Məsələ ilə əlaqədar olaraq Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənovla əlaqə saxlamaq istəsək də, bildirildi ki, xidmət rəhbəri bir müddətlik mətbuatla əlaqələrini kəsib. Buna səbəb isə səhhətində baş verən müəyyən problemlərdir.

Alternativ olaraq "Bakı Sərnişin Nəqliyyatı" Məhdud Məsuliyyətli Cəmiyyətindən münasibət öyrənməyə cəhd göstərsək də, mərkəzdən hamının iclasda olduğunu dedilər.

Qeyd edək ki, avtobus sürücüləri bildirirlər ki, bu sistemə nəzarət mexanizmi heç yerdə yoxdur. İntervalı sürücülər özləri müəyyən edirlər. Hər halda aydındır ki, həqiqətən də bu sistemə nəzarət edən heç kim yoxdur, əgər belə olmasaydı, mərkəzdən suallarımızı cavablandıran biriləri çıxardı.

Tarix
2013.10.02 / 16:17
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla