Yuxarı

Prezidentin təşəbbüsü: məntəqələrin 20%-də bu olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçki prosesinin düzgün işıqlandırılmasında kütləvi informasiya vasitələrinin rolu önəmlidir. Daim KİV-lə birlikdəyəm, Mərkəzi Seçki Komissiyası olaraq Azərbaycan mediasından tam əminik.

Axar.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov “Seçkilərdə kütləvi informasiya vasitələrinin rolu” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

M.Pənahov Azərbaycan KİV nümayəndələrinin seçkilərin işıqlandırılmasında peşəkarlaşdığını və ölkələrinə kimin dost, kimin digər məqsədlə yaxınlaşmasını saf-çürük etmələrinə şübhə etmədiyini deyib:

“Burada heç bir sirr yoxdur, hər zaman çalışmalıyıq ki, ölkədə idarəçilik sağlam qüvvələrin əlində olsun. Daim KİV-lə birlikdəyəm, Mərkəzi Seçki Komissiyası olaraq Azərbaycan mediasından tam əminik. Bu vaxta qədər KİV hər zaman işinin öhdəsindən layiqincə gəlib. Bu seçkilərdə də eyni peşəkarlığı nümayiş etdirəcəklərinə inanıram”.

MSK sədri bu gündən namizədlərin təbliğatının başlamasına diqqət çəkib:

“Seçkidə artıq finiş xəttinə çatmışıq, bu gündən İctimai Televiziyanın efirində namizədlərin çıxışları başlayacaq. Namizədlərin arzuları nəzərə alınaraq radiodakı veriliş televiziyadan əvvəl keçiriləcək. Bununla bağlı qərar veriləcək. Təxminən debatlar radioda saat 19, televiziyada saat 22 radələrində yayımlanacaq”.

Məzahir Pənahov bildirib ki, Azərbaycanda seçicilərin sayı 5 milyon 300 mindən çoxdur:

“Bura bütün Azərbaycan hüdudları və xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə qeydiyyatda olanlar aiddir. Seçkiyə nəzarət məqsədilə 115 beynəlxalq müşahidəçi qeydə alınıb. Seçkilərdə şəffaflığın əsas şərtlərindən biri seçki məntəqələrində veb-kameraların olmasıdır. Növbəti əsas şərt işə ölkə rəhbərliyinin seçkidə iradəsidir. Məntəqələrin 20 faizini kənardan müşahidə etmək mümkün olacaq. Bu, artıq Azərbaycan təcrübəsi kimi dünyada qəbul edilir. Bu, bir vaxtlar ölkə prezidentinin təşəbbüsü olub, bu dəfə də seçkidə tətbiq ediləcək”.

Tarix
2018.03.19 / 12:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla