Yuxarı

“Zeytun budağı” təsdiqlədi: türkdən başqa... – Çələbi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Zeytun budağı” təsdiqlədi: türkdən başqa... – Çələbi

Türk Dünyası Parlamentlər Birliyi Novruz bayramı münasibətilə paytaxt Ankarada tədbir təşkil edib.

Axar.az xəbər verir ki, tədbirdə Türk Dünyası Parlamentlər Birliyinin sədri Nail Çələbi Novruz bayramının türklər üçün xüsusi dəyərinin olduğunu və 3 min ildən artıqdır, qeyd edildiyini söyləyib.

TDPB sədri bu bayramın türk dünyasına birlik və bərabərlik gətirməsini diləyib:

“Novruzun bütün türk dünyasına birlik və bərabərlik gətirməsini diləyirəm. Mən özünü türk hiss edən hər kəsi Novruz bayramı münasibəti ilə təbrik edirəm. Bu bayramda arzu edirəm ki, türl zülmə məruz qalmasın və işğal altında olan türk torpaqları tez bir zamanda geri qaytarılsın”.

Daha sonra Çələbi bildirib ki, terrorçulara və terrora dəstək verən ölkələrə qarşı türk dünyasının bir olmalıdır:

“Terrorçulara və terrora dəstək verən ölkələrə qarşı türk dünyası artıq bir olmalıdır. “Zeytin budağı” hərəkatında Türkiyəni tək qoymayan yalnız türk dünyası dövlətləri və xalqları oldu.

Biz bir daha bunun şahidi olduq ki, türkün türkdən başqa dostu yoxdur”.

Bayram mərasimdə TDPB sədri Nail Çələbi, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, bir çox millət vəkilləri, birliyin fəxri üzvi Yüksəl Değercan və bir çox ictimai şəxslər tonqalın ətrafına yığışıblar.

Qeyd edək ki, təbirin sonunda ziyafət təşkil edilib.

Tarix
2018.03.20 / 20:23
Müəllif
Axar.az
Digər xəbərlər

Fransa Azərbaycana təşəkkür etdi

Əgər Xəzər çətin vəziyyətdədirsə... - Leyla Əliyeva

İranda dəqiq zərbələr: növbə məscidlərindir?

Əli Əsədov Mişustinlə danışdı

Aralıq və Egeydə 22 milyon ton neftayırma potensialımız olacaq

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

“Qızıl Azərbaycan”a zərbə: bu görüntü təəccüb doğurdu - Video

İsrail 160 şagirdi niyə öldürdü? - Xəritə

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Qərbi Azərbaycanın 2 şəhərində 5 hədəfə zərbə endirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla