Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 İyul 2018


“Koroğlu”dakı avtobus dərdi bitir? – Dəmir hasarlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Metronun “Koroğlu” stansiyasının Hava Limanı istiqamətində olan çıxışındakı geniş səki hasarlanır. Magistral yol ilə səkinin arasına dəmir hasarlar yerləşdirilib.

Axar.az xəbər verir ki, məqsəd vətəndaşların gözlədikləri marşruta uyğun olmayan yerdən minmələrinin, avtobusların harada gəldi saxlamalarının qarşısını almaqdır. Dəfələrlə avtobuslar üçün sözügedən ərazidən 5-6 metr aralıda dayanacaq yeri müəyyən edilsə də, nə sərnişinlər marşrutu orada gözləyirdi, nə də marşrut sürücüləri həmin dayanacaqdan istifadə edirdi.

Bu da xüsusilə günün pik saatlarında üzü Hava Limanı istiqamətinə gedən magistral yolun böyük hissəsində sıxlığa, bəzən isə yolun bağlanmasına səbəb olurdu. Yol kənarında dayanan taksilər isə sıxlığı daha da artırırdı.

Problemin aradan qaldırılması məqsədilə dünəndən sərnişinlərin dayanacaq kimi istifadə etdiyi səkini yoldan ayırmaq üçün dəmir hasarlar hörülüb.

Qeyd edək ki, sözügedən stansiyanın məlum çıxışı günün pik saatlarında marşrutlarla dolu olmasına səbəb Hava Limanı, Sabunçu, Bakıxanov istiqamətində və Bakı kəndlərinə gedən marşrutların həmin ərazidən keçməsidir.

Tarix
2018.04.17 / 09:32
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Zəif nəticə göstərən abituriyentlər belə məhv edilir

Sosial şəbəkələrdə avtoxuliqanlıq təbliğ edilir - Video

Şəhidimiz dəfn edildi - Yeniləndi

Goranboyda ilkə imza atan abituriyent danışdı

Bakı metrosundan 6 ayda 118 milyon adam istifadə edib

Bakıda velosiped oğrusu tutuldu

İran üçün minlərlə şəhid vermişik, amma… - Qazipur

Polis oğru yeniyetmələri saxladı

Lənkəranda avtomobil körpüdən aşdı

Dağıstanda qəza: 10 azərbaycanlı yaralandı

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla