Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Aprel 2018


“Bakı Bus” özbaşınalığı: BNA-nı vecinə almır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Bus MMC balansında olan marşrutların ön qapılarına texniki müdaxilə edərək yarı işlək vəziyyətə gətirir. Şirkət sərnişinlərin avtobusa daxil olması üçün nəzərdə tutulmuş ön qapının ancaq bir layının açılmasına icazə verir.

Axar.az-ın məlumatına görə, artıq bir müddətdir ki, şirkətə məxsus avtobuslara daxil olmaq müşkülə çevrilib. Səbəb isə ön qapının ancaq bir layının açılmasıdır. Marşrutlarda qeydə alınan bu hal marşruta daxil olmaq istəyən sərnişinlərə problem yaradır, gecikməyə səbəb olur və haqlı narazılıq yaradır.

Sürücülər bildirib ki, ön qapının ancaq bir layının açılması onların iradəsi daxilində deyil. Çünki ön qapının açılması üçün avtobusda bir düymə var ki, o da qapının hər iki layını açır. Marşrutların ön qapısının ancaq bir layının açılmasına səbəb şirkət tərəfindən qapılara texniki müdaxilə edilməsidir. Lakin bu müdaxilənin səbəbi hələlik məlum deyil.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Axar-a açıqlamasında bildirib ki, səbəb hər nə olursa olsun, bu yolverilməzdir və mütləq şəkildə səbəb araşdırılıb aradan qaldırılacaq:

“Bununla bağlı Bakı Bus MMC-yə xəbərdarlıq ediləcək, mütləq. Yenə o fikri təkrarlamaq istəyirəm ki, sərnişinlərin avtobusa rahat minib-düşməsinə heç bir əngəl olmamalıdır. Əgər iddia edildiyi kimi, texniki nəsə problem varsa, zəhmət çəkib nəqliyyat vasitəsini vaxtında texniki baxışdan keçirsinlər. Bu gündən şirkətə tapşırıq veriləcək ki, tədbir görülsün və belə hal daha təkrarlanmasın”.

Qeyd edək ki, problem bir müddət əvvəl başlamışdı və BNA rəsmi açıqlamasında olayın araşdırılacağını və mütləq tədbir görüləcəyini vəd etmişdi. Amma aradan xeyli müddət keçməsinə baxmayaraq, heç bir tədbir görülmür.

Tarix
2018.04.17 / 10:40
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bakı Formula 1-ə hazırdırmı?

Leyla Əliyevə sağlamlıq imkanları məhdud uşaqlarla - Foto

Bakıda müsəlman dünyasının nadir hadisəsi - Video

Mikrodalğalı sobalarda bizi gözləyən təhlükə

Azərbaycanda 100 ildən çox yaşayanların sayı azalıb

Prezidentdən 4 sərəncam - Azərbaycanda bu qurum ləğv edildi

Təhsil nazirliyində Çxenkeliylə görüş

Şad xəbər: Yeni qatar sabahdan xəttə buraxılır

Ölkəmiz regionda ən dayanıqlı iqtisadiyyata malikdir - Ekspert

Siyahı açıqlandı: Azərbaycan islam turizmi onluğunda

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla