Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 İyul 2018


“Bakcell” layiqli əməyi və iqtisadi artımı təşviq edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” şirkəti BMT-nin Azərbaycan Nümayəndəliyinin “ASAN Radio” ilə hazırladığı “Qlobal məqsədlər” verilişinin tərəfdaşıdır.

Axar.az xəbər verir ki, “Qlobal məqsədlər” verilişinin növbəti buraxılışı layiqli əməyi və iqtisadi artımı təşviq edən 8-ci dayanıqlı inkişaf məqsədinə həsr olunub. "Layiqli əmək" hər bir insanın iş yerində təhlükəsizliyini, ailəsinin sosial müdafiəsini təmin edən kifayət qədər gəlir gətirən məhsuldar iş tapmaq imkanını nəzərdə tutur. Bu, həmçinin insanları şəxsi inkişaf və sosial inteqrasiyanın ən yaxşı perspektivləri ilə təmin edir.

Bu həftənin qonaqları ABAD-ın marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin müdiri Turanə Qasımova, BMT-nin İnkişaf Proqramının “Böyük Qafqaz landşaftında torpaq və meşələrin dayanıqlı idarəolunması və iqlim dəyişmələrinə ekosistem əsaslı yanaşma” layihəsinin rəhbəri Eltəkin Ömərov və xalçaçı sənətkar Sürayyə Rzayevadır.

Veriliş “ASAN Radio”da 16 aprel 2018-ci il tarixində saat 18:20-də efirə gedəcək. Verilişin təkrarı 18 aprel (saat 11:05-də) və 20 aprel (saat 14:05-də) tarixlərində yayımlanacaq.

“Qlobal Məqsədlər” radioverilişinin əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı məlumatlılığın artırılması, 2030-cu ilə qədər olan tədbirlər planı üzrə həyata keçirilən layihələr və dayanıqlılığın təmin olunması üçün müxtəlif strukturların və vətəndaşların üzərinə düşən vəzifələrlə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.

Qeyd edək ki 2015-ci ilin sentyabr ayında dünya liderləri tərəfindən 17 Dayanıqlı İnkişaf Məqsədi qəbul edilib. Həmin məqsədlər yoxsulluğa son qoymaq, inkişaf və insanların rifahını təşviq etmək, eyni zamanda ətraf mühiti qorumaq üçün səylərin birləşdirilməsini nəzərdə tutur.

Aprel ayı ərzində "Bakcell" şirkətinin dəstəyilə “ASAN Radio”da (100FM) 5 veriliş efirə veriləcək.

Azərbaycan Respublikasının qeyri-neft sektorunun ən iri investor və işəgötürənlərdən biri olan Bakcell şirkəti özünün əməkdaşlarına sərmayə yatırmaqla yanaşı, onları münbit iş şəraiti ilə təmin edir.

Tarix
2018.04.17 / 15:17
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

İmtahanda zəif nəticə göstərən abituriyentlər belə məhv edilir

Sosial şəbəkələrdə avtoxuliqanlıq təbliğ edilir - Video

Şəhidimiz dəfn edildi - Yeniləndi

Goranboyda ilkə imza atan abituriyent danışdı

Bakı metrosundan 6 ayda 118 milyon adam istifadə edib

Bakıda velosiped oğrusu tutuldu

İran üçün minlərlə şəhid vermişik, amma… - Qazipur

Polis oğru yeniyetmələri saxladı

Lənkəranda avtomobil körpüdən aşdı

Dağıstanda qəza: 10 azərbaycanlı yaralandı

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla