Yuxarı

Bu kateqoriyadan olan əlillərə ev, maşın verildi - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Çernobıl əlilləri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar.

Axar.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev qeyd edib. O bildirib ki, ötən dövr ərzində nazirlik tərəfindən bu təbəqədən olan 200 nəfərə yaxın şəxsə mənzil, 160 nəfərə isə minik avtomobili verilib:

"1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş verən dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycanda həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindən biridir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə qəbul edilən “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu həmin insanların, onların ailə üzvlərinin sosial müdafiəsinin təmin edilməsi ilə bağlı qanunvericiliyin formalaşmasında mühüm rol oynayıb. Eyni zamanda, Azərbaycan Prezidenti cənab İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi diqqət və qayğısı Çernobıl əlillərinin də sosial təminatının mütəmadi olaraq gücləndirilməsinə, onlara yönələn dövlət qayğısının artırılmasına səbəb olub.

Qanunvericiliyə əsasən, əlilliklərinin səbəblərinə görə Çernobıl əlilləri “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” əlil olanlar və “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlil olanlar olmaqla iki kateqoriya üzrə müəyyən ediliblər.

“Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” əlil olan vətəndaşlar ölkəmizdə müharibə əlillərinə bərabər tutulan şəxslər hesab edilməklə, Azərbaycan Prezidentinin müharibə əlilləri üçün nəzərdə tutulan təqaüdü onlara da şamil olunur. Dövlət başçısının 19 fevral 2018-ci il tarixli Sərəncamı ilə həmin təqaüdün məbləği növbəti dəfə artırılaraq, cari il martın 1-dən I qrup əlillər üçün 165 manatdan 181,5 manata, II qrup əlillər üçün 143 manatdan 157,3 manata, III qrup əlillər üçün isə 110 manatdan 121 manata çatdırılıb.

E.Babayev bunlarla yanaşı, onların, eyni zamanda, pensiya və müavonətlərlə təmin olunduğunu deyib:

“Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlil olan vətəndaşlar əlilliyə görə əmək pensiyası və ya sosial müavinətlə, habelə “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” I qrup əlil olanlardan əmək pensiyası almaq hüququ olmayanlar isə Azərbaycan prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar. Azərbaycan prezidentinin müvafiq sərəncamları ilə həmin sosial ödənişlərin də cari ildə növbəti dəfə artırılması təmin edilib.

Çernobıl əlillərinin müalicəsi də diqqətdə saxlanılır. Bu məqsədlə onlara ildə bir dəfə birdəfəlik müavinət, onlardan I və II qrup əlillərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə aylıq sosial müavinət də ödənilir.

Çernobıl əlillərinin tibbi-sosial reabilitasiyası, sosial-məişət problemlərinin həlli, onların sanatoriya-kurort müəssisələrinə yollayışla təminatı və s. istiqamətlərdə də müvafiq işlər aparılır".

Tarix
2018.04.26 / 23:53
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla