Yuxarı

Yeni nazir yoxlamalara başladı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirliyin Gəncə şəhərində yaradılan Regional Peşə Tədrisi Mərkəzində olaraq, burada peşə tədrisi üçün müvafiq maddi-texniki bazanın yaradılması yönündə aparılan işləri nəzərdən keçirib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, mərkəz Gəncə şəhəri ilə yanaşı, ətraf rayonlardan olan vətəndaşların da əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmələri, onların əmək bazarına çıxış və məşğulluq imkanlarının artırılması məqsədinə xidmət göstərəcək.

S.Babayev Mərkəzin qurulması işlərinin keyfiyyətlə aparılmasını və sürətləndirilməsini, digər vətəndaşlarla bərabər, əlilliyi olan şəxslərin da burada peşə hazırlığının təşkili üçün daha geniş imkanların, habelə fiziki məhdudiyyətli şəxslərin rahat hərəkəti üçün uyğun şəraitin yaradılmasını tapşırıb.

Nazir Gəncə şəhər Pensiyacıların Ərazi Sosial Xidmət Mərkəzinə gələrək, burada aparılan əsaslı təmir və yenidənqurma işlərini nəzərdən keçirib, müvafiq tapşırıqlar verib. Özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumları olmayan pensiya yaşına çatmış şəxslər bu Mərkəzdə stasionar şəraitdə sosial xidmətlərlə təmin ediləcəklər. Müəssisədə müvafiq şəxslərin dövlət himayəsində rahat yaşayışı, onlara keyfiyyətli sosial xidmətlərlə təminatı üçün hər cür şərait yaradılacaq. Mərkəzin cari il ərzində istifadəyə veriləcəyi planlaşdırılır.

Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin Gəncə şəhərindəki filialına gələn S.Babayev burada protez-ortopedik məmulatların hazırlanması şəraitinin və əhaliyə xidmətin yaxşılaşdırılması üçün müvafiq tədbirlərin görülməsini tapşırıb.

Nazir Yevlax Əlillərin Regional Bərpa Mərkəzində də olub. Bölgədəki əlilliyi olan insanlara bərpa müalicəsi xidmətləri göstərən Mərkəzdə əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. S.Babayev müəssisədə reabilitasiya şəraitinin müasir tələblərə uyğun qurulması barədə göstəriş verib.

Tarix
2018.05.20 / 16:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla